Accessibility links

Ankarada səslər yenidən sayılmayacaq


CHP tərəfdarları Ankarada Ali Seçki Şurası qarşısında etiraz edirlər. 1 aprel, 2014.
CHP tərəfdarları Ankarada Ali Seçki Şurası qarşısında etiraz edirlər. 1 aprel, 2014.
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankarada bələdiyyə səsverməsinin nəticələrinin yenidən sayılması haqda müraciəti rədd edilib.

Ankara Seçki İdarəsi müxalifətin səslərin yenidən sayılması tələbini qəbul etməyib.

Bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunmayıb. Amma qeyri-rəsmi hesablamalara əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 45, CHP isə 25 faizini qazanıb.

Beləliklə baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyası Türkiyənin iki ən iri şəhərində - Ankara və İstanbulda nəzarəti əldə saxlayacaq.

Cənab Ərdoğanın idarəçiliyi üzərində referendum kimi qiymətləndirilən səsvermədə çox sayda qanun pozuntularının baş verdiyi bildirilir.
XS
SM
MD
LG