Accessibility links

Güneyli sosioloq və Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) katibi Davud Turan Amerikanın Səsinə müsahibədə mövcüd güneyli təşkilatların mahiyyət və funksiyası haqda danışıb. O, həmçinin təşkilatların yaranmasına səbəb olan zərurətlər ilə onların fəaliyyətləri arasındakı əlaqələr xüsusunda sualları cavablandırıb.

Davud Turanın sözlərinə görə, Güney Azərbaycan muasir tarixində təşkilatçılıq proseslərinə baxanda milli hərəkatdan bəhs edilib, lakin hədəflər heç də həmişə bəlli olmayıb. Bu üzdən təşkilatların mənimsədikləri adlar da ümumi olub, konkret olmayıb.
Güney Azərbaycan təşkilatlarının siyasi təcrübələrinin az olması və media gücünə sahib olmadıqları üçün toplumun muxtəlif təbəqələri ilə əlaqə qurmaqda çətinlik çəkirlər.

AMDT katibinin fikrincə hazırda güney təşkilatları və qruplarının mahiyyət və fəaliyyətləri arasında fərqləri görmək üçün onları üç kateqoriyaya bölmək olar: Federalist qruplar, Güney Azərbaycanın müstəqilliyi üçün mübarizə aparanlar və Azərbaycana İran içərisində muxtariyyat tələb edənlər.

“Azərbaycan Milli Dirəniş Təşkilatı öz hədəfini Güney Azərbaycan türklərinin öz müqəddəratını təyin etmə haqqına nail olmaq şəklində müəyyən edib,” deyə Turan mənsub olduğu təşkilatın məqsədini izah edib.

Davud Turan fərqli düşüncələrə sahib olan insanları cəlb etmək və toplum içində genişlənmək baxımından təşkilatların uğursuz olmasının səbəbləri ilə bağlı öz fikirlərini paylaşıb. Onun dediklərinə görə, “Güney Azərbaycan təşkilatlarının siyasi təcrübələrinin az olması və media gücünə sahib olmadıqları üçün toplumun muxtəlif təbəqələri ilə əlaqə qurmaqda çətinlik çəkirlər.”

Azərbaycanlı sosioloq tənqidin siyasi hərəkatlarda önəmli rol oynadığını vurğulayıb. “Tənqid varsa, demək ki hərəkət vardır. Tənqid aktivliyə yol açar və biz milli hərəkat olaraq o tənqidlərlə böyüyərik,” deyə Davud Turan təşkilatların fəaliyyətlərini tənqid etmək yerinə təşkilatlanmaq məsələsini kökdən sual altına alan baxışın düzgün olmadığını vurğulayıb.
XS
SM
MD
LG