Accessibility links

Nigeriyada ticarət mərkəzində partlayış törədilib


Nigeriyada ticarət mərkəzində törədilmiş partlayışda islamçı ekstremistlərdən şübhələnilir. Partlayış zamanı 21 nəfər həlak olub, onlarla insan yaralanıb.

Dünən Abujada, Emab plazasında həyata keçirilmiş hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Partlayış insanların Dünya Çempionatının Nigeriya- Argentina oyununu izləmək üçün toplaşan vaxt baş verib.

Hadisədə şübhəli bilinən bir nəfər həbs edilib. Şahidlərin bəziləri motosikletçinin bombanı partlatdığını deyib

Hadisədə İslamçı eksteremist Boko Haram qrupu şübhəli bilinir. Qrup Nigeriyanı islamçı dövlətə çevirmək məqsədi ilə keçirdiyi terror kampaniyasında minlərlə insanın ölümündə təqsirləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG