Accessibility links

ATƏT PA komitə sədri: "Ümid edirəm, yaxşı xəbər gətirəcəm"

  • Xədicə İsmayılova

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Haqları üzrə üçüncü komitəsinin sədri İsabel Santos

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Haqları üzrə üçüncü komitəsinin sədri İsabel Santos

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Haqları üzrə üçüncü komitəsinin sədri İsabel Santos Azərbaycanda insan haqları mövzusunda müzakirələrdən sonra AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Siz növbəti dövr üçün də ATƏT PA İnsan haqları komitəsinin sədrliyinə namizədsiniz. Komitənin diqqət mərkəzində hansı məsələlər olacaq?

- Siyasi motivli həbslər, miqrasiya, qaçqınlar problemləri, diskriminasiya və başqa məsələlər Komitənin diqqət mərkəzindədir. Bizim prioritetlərimiz olmalıdır və bu il ərzində siyasi məhbuslar məsələsi bizim əsas prioritetlərimizdən biri olub.

Növbəti illərdə qaçqınlar məsələsinə daha çox diqqət yetirmək niyyətindəyik. Bu, ATƏT coğrafiyasının həm şərqi, həm də Qərbi qismlərində çox ciddi problemdir.

- Siyasi motivli həbslər mövzusunda Azərbaycanın vəziyyəti necədir?

- Ümid edirəm ki, bundan sonra bu sahədə yaxşılaşmanın şahidi olacağıq. Burada Azərbaycanda keçirilən görüşləri insan haqlarına daha çox hörmət, bu problemlərə son qoymaq üçün bir şans olaraq görürəm.


- Azərbaycan hökuməti iddia edir ki, ölkədə siyasi məhbus yoxdur.

- Heç bir hökumət siyasi məhbusların olmasını etiraf etməz. Həbslər də həmişə siyasi deyil, başqa maddələr üzrə aparılır. Amma bir çox hallarda biz anlayırıq ki, bu ittihamlar siyasi motivli idi.

- Siz siyasi məhbusları ziyarət etməyə çalışacaqsınızmı?

- Bəli. Mən ötən ilin sonunda İspaniyada Pavlovu ziyarət etmişdim.

İki həftə əvvəl Qazaxıstanda Vladimir Kozlovu ziyarət etmişəm.

Azərbaycanda da Anar Məmmədli ilə görüş üçün müraciət etmişəm. İndi icazə gözləyirəm. Ümid edirəm ki, çərşənbə gününün sonunadək bu imkan veriləcək.

- AŞPA prezidenti Anne Breausser də müraciət etmişdi İlqar Məmmədovla görüş üçün. Amma ona bu icazəni verməyiblər.

- Bilirəm ki, bir neçə dəfə Avropa Parlamenti üzvlərinə belə görüş üçün icazə verilməmişdi, amma mənə bu icazə verilmişdi. Ümid edirəm, bir daha belə bir imkanım olacaq. Mənim mövqeyim çox konstruktivdir. Hökumətlə dialoqa cəhd edirəm. Mən ümid edirəm ki, mövqeyimə hökumət də pozitiv yanaşacaq.

- Sizin hökumətə çağırışınız nədir? Dərhal azad etməyi tələb edirsinizmi?

- Mən hökumətlə danışmalıyam. Amma bundan da əvvəl mən Məmmədli ilə görüşməyə çalışmalıyam. Bundan sonra mövqeyimi daha aydın ifadə edəcəyəm.

- Ümid edirik, Məmmədli ilə görüşdən sonra bir də müsahibə imkanımız olar.

- Mən də ümid edirəm ki, yaxşı xəbər gətirəcəm, gələcək üçün ümid verə biləcəm.

XS
SM
MD
LG