Accessibility links

Bəşar Əl-Əsəd and içərək daha yeddi illik müddətə vəzifəsinin icrasına başlayıb


Suriya prezidenti Bəşar Əl-Əsəd yeddi illik müddətə bir daha and içərək vəzifəsinin icrasına başlayıb.

Andiçmə mərasimi bu gün Dəməşqdəki prezident sarayında təşkil edilib. Mərasimdə parlament üzvləri iştirak edib.

İyun ayı seçkiləri zamanı Əsəd 10 milyon seçicinin iştirak etdiyi seçkilərdə səslərin 89 faizini əldə edib.

Seçkilər ABŞ və Avropa İttifaqı tərəfindən kəskin tənqid edilib.

Mərasimdəki çıxışı zamanı Suriyanın dövlət başçısı Qərb və Ərəb dövlətlərini terrorçu adlandırdığı ünsürlərlə mübarizəni dəstəkləməyə çağırıb.

Suriya hökuməti Əsədə qarşı mübarizə aparan üsyançıları terrorçu adlandırır.

Qərb və Ərəb dövlətləri müxalif döyüşçüləri pul və hərbi təchizatla təmin edir.

Suriyanın 3 illik vətəndaş müharibəsi 2.9 milyon suriyalını vətənindən didərgin salıb, 170 min insan həyatını itirib. 6.5 milyon insan isə ölkə daxilində məcburi köckün vəziyyətində yaşayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG