Accessibility links

Ukrayna rəsmiləri sərhəd keşikçilərinin neçə gündür ki, ölkəyə daxil olmaq üçün gözləyən Rusiya yardım konvoyunu yoxlamağa başladığını xəbər verir.

Ukrayna sərhəd xidmətinin əməkdaşları 200 maşından ibarət karvanın ilk maşınlarını yoxlamağa başlayıblar. Konvoy neçə gündür ki, təftişdən keçmək üçün gözləyir. Təftiş keçirənlər sırasında Qırmızı Xaç Cəmiyyəti də var.

Qırmızı Xaç konvoya yaxınlaşmazdan öncə bütün tərəflərdən təhlükəsizliyə dair təminat alıb.

Çərşənbə günü Ukrayna millit təhlükəsizlik şurasının sözçüsü Andriy Lısenko hökumət qüvvələrinin şərqdəki İlovaysk qəsəbəsini azad etdiklərini xəbər verib. Magistralla dəmiryolunun kəsişdiyi strateji nöqtədə yerləşən bu qəsəbə separatçılarla ağır döyüşlərdən sonra ələ keçirilib.

Lısenko müxbirlərə qəsəbənin “terrorçulardan azad olunduğunu” söyləyə bilməyəcəyini deyib, lakin qoşunların tamamilə şəhərə daxil olduğunu əlavə edib. O, separatçıların hələ də ərazidə əks-hücumlar həyata keçirdiklərini bildirib. .

XS
SM
MD
LG