Accessibility links

“17-ci əsrin sonlarında urban yaşayış yeri və urban həyat üçün ilk model kəşf olundu. Bu, sonrakı əsrlərdə tikiləcək bütün böyük şəhərlərin ilk modeli idi. Müasir şəhər anlamına gələn bu məkanın məqsədi müsafirlərin diqqətini unikal xüsusiyyətləri ilə cəlb etmək idi. Şəhər nəhəng meydanlarına yaxud kilsələrinə görə deyil, müasir mənzil memarlığı və misli görünməmiş urban infrastrukturuna görə tanınırdı. Bu müsair şəhərin orientasiyası keçmişə yox, gələcəyə istiqamətlənmişdi: sürət və hərəkət onun əsas cizgiləri idi. Bu şəhər Paris idi,” deyə Joan DeJean Paris Necə Paris Oldu: Müasir Şəhərin İxtirası kitabının tezisini oxucularla paylaşır.

Etiraf edim ki, memarlıq ədəbiyyatı ifrat maraq göstərdiyim sahələrdən deyil. Amma Parisin tarixi haqda yazılmış bu kitab təkcə Fransa paytaxtı, yaxud memarlıq haqda məlumatlandırmır. Burada sinfi münasibətlərdən tutmuş siyasi–iqtisadi quruluşadək Qərb sivilizasiyasının əsaslarını təşkil edən bir çox fenomenlərin kökləri haqda maraqlı məlumatlar yer alır.

Məsələn, siz bilirdiniz ki, müasir Paris poçt xidmətinin, ictimai nəqliyyatın və işıqlandırılmış küçələrin doğum yeridir? Bilirdiniz ki, daşla döşənmiş küçələr, səkilər, vitrinli mağazalar, küçə qəzetləri ilk dəfə olaraq Parisdə kütləvi praktikaya qoyulub? Təsəvvür edirsiniz ki, Paris bulvarlarında insanların sadəcə gəzməyə çıxdıqları ilk şəhər olub? Elə bulvar sözünün mənşəyi də fransızca “boulevard” sözündən qaynaqlanır ki, mənası “ağaclar, otluq və gül-çiçəklə əhatələnmiş geniş xiyaban” anlamına gəlir.

Əlbəttə, özü-özlüyündə bu məlumatların informativ dəyəri elə də böyük deyil. Amma bəşər sivilizasiyasının yaranması, qlobal ticarətin genişlənməsi, ictimai mədəniyyətin inkişafı, və ümumilikdə müasir cəmiyyətin formalaşması haqda Parisin tarixi çox şey öyrədir.

Pont Neuf körpüsünün inşası müasir Parisin başlanğıc nöqtəsi sayılır.

Pont Neuf körpüsünün inşası müasir Parisin başlanğıc nöqtəsi sayılır.

1606-cı ildə Sena çayı üzərində Pont Neuf körpüsünün salınması Parisin yeni arxitekurasının anonsu idi. Amma Kral IV Henrinin məramı təkcə çayın iki tayını yerli sakinlər üçün birləşdirmək deyildi. Geniş səkilər, əzəmətli binalar və göz oxşayan dükanlarla əhatələnmiş bu körpü Avropada ilk ictimai məkan idi ki, insanlar burada gəzməyə, alış-veriş etməyə, bir-birləri ilə tanış olmağa, söhbətləşməyə gəlirdilər. Körpü müasir Parisin göbəyinə çevrilməklə yanaşı, qarşıdan gələn əsrlərdə sürətlə genişlənəcək şəhər küçə və bulvarlarının modeli idi.

1600-cü illərdə Avropada yuxarı sinfin nümayəndələri gəzintinin ləzzətini bilmirdilər. Çoxları özlərini sadə adamlarla bərabər səviyyəyə qoymaqdan qorxurdu. Amma əsrin sonunda Paris onların gözlərini açmışdı – onlar karetalarından düşməyə və ayaqlarından istifadə etməyə başladılar.

1777-ci ildə Avropa həyatının diqqətli müşahidəçisi olan Markiz de Karaçiolli “urban gəzintinin” ixtirasına görə Parisə minnətdarlıq ifadə edirdi. “1600-cü illərdə Avropada yuxarı sinfin nümayəndələri gəzintinin ləzzətini bilmirdilər,” Markiz yazırdı. “Çoxları özlərini sadə adamlarla bərabər səviyyəyə qoymaqdan qorxurdu. Amma əsrin sonunda Paris onların gözlərini açmışdı – onlar karetalarından düşməyə və ayaqlarından istifadə etməyə başladılar.” Paris ilk məkan idi ki, burada varlı və yoxsul adamlar bir-birini küçədə görür, bir-birləri ilə təmasa girirdilər,

Kral hökumətləri təkcə bina tikməklə məşğul olmurdular. Onlar həmçinin fransız biznesinin çiçəklənməsi üçün əlverişli şərait yaratmağa can atırdlar. “Hökumət ticarət nizamlamalarında və idxal sələmlərində elə bir siyasət yürüdürdü ki, bunlar yerli biznesmenlərin maraqlarına uyğun gəlsin. Əsrin sonuna yaxın bütün Avropa boyu elitalar yalnız fransız dərzilərin, fransız zərgərlərin və fransız ətir ustalarının mallarını arzulayırdılar,” Joan DeJean izah edir.

Şəhərə pul axdıqca bizneslər də çiçəklənir, orta-yuxarı sinif genişlənirdi. Parisdə əksər mağazalar gecə saat 10-11-dək açıq qalırdı. Xaricilər burada başqa heç yerdə görmədikləri səhnənin şahidi olurdular – gecə vaxtı da küçələrdə gündüz çağı olan qədər adam olurdu.”

Paris geyimləri dünya elitasının moda etalonuna çevrilmişdi.

Paris geyimləri dünya elitasının moda etalonuna çevrilmişdi.

Parisin cah-cəlalı təkcə küçələrdə deyil, insanların görünüşündə də özünü büruzə verirdi. 18-ci əsrin Parisi insanların ən yaxşı geyindikləri şəhər sayılırdı. Avropanın başqa guşələrindən gəlmiş adamlar burada insanların küçələrdə geydikləri libaslara heyran olurdular. Cah-cəlal özü ilə bir təkəbbür aurası, mənəvi tənəzzül də gətirmişdi. Kral XIV Lui başa düşə bilmirdi ki, axı niyə bu qədər kişi öz xanımının paltarlarına xərclədiyi pul ucbatından müflis olur.” Heç şübhəsiz, Paris dünyanın moda paytaxtı idi və özünü zadəgan sayan hər kəs üst-başını Paris standartlarına uyğunlaşdırmağa can atırdı.

Bəşər sivilizasiyasının nailiyyətlərinin avanqardı olaraq Paris müəyən mənada Fransanı, daha geniş mənada Qərbi, fəlsəfi müstəvidə isə liberalizmin təntənəsini əks etdirir. Dekart, Monteskyö, Didero kimi dühaları ilə 18-ci əsrin Parisi dünyada mövcud olan proqressiv qüvvələrin mayakı idi.

Müasir eramızda Paris kimi çox şəhərlər var. London, Nyu York, Tokyo, Dubay kimi dünya ticarət-moda şəbəkəsinin mərkəzləri sayılan şəhərlərin sayı onlarladır. Müasir urban yaşam tərzini iri şəhərlərsiz, butik dükanlarsız, fəvvarələrsiz, gözəgəlimli küçələrsiz təsəvvür etmək mümükün deyil. Sadəcə xatırlamaq lazımdır ki, bütün bunların hamısı taxta evlərlə Sena çayı üzərində salınmış və cəmi 5-6 əsr bundan öncəyədək canavarların küçələrini dolaşdığı Parisdən başlayıb – o Paris ki, dünyanın mədəniyyət paytaxtının titulunu əsrlər boyu özündə saxlamağa nail olub.

Bəşər sivilizasiyasının nailiyyələtərinin avanqardı olaraq Paris müəyən mənada Fransanı, daha geniş mənada Qərbi, fəlsəfi müstəvidə isə liberalizmin təntənəsini əks etdirir. Dekart, Monteskyö, Didero kimi dühaları ilə 18-ci əsrin Parisi dünyada mövcud olan proqressiv qüvvələrin mayakı idi. Təsadüfi deyil ki, Rusiya tarixinin ən tərəqqipərvər rəhbərlərindən olan imperatriça II Yekaterina Volterlə yazışır, onunla müntəzəm fikir mübadiləsi aparırıdı. Bu, həmin Paris idi ki, qlobal liberalizmin başlanğıc nöqtəsi sayılan Amerika İnqilabına əvəzsiz dəstəyini əsirgəməmişdi. Nəhayət, bu həmin Paris idi ki, Böyük Fransa İnqilabına səhnə olmaqla idarəçilərlə idarə olunanlar arasındakı münasibətlərin kökündən dəyişilməsinə dəyərli töhfə verdi.

“Şərqin Molyeri” adını qazanmış Mirzə Fətəli Axundovun yaradcılığı Fransa intibahından qidalanırdı.

“Şərqin Molyeri” adını qazanmış Mirzə Fətəli Axundovun yaradcılığı Fransa intibahından qidalanırdı.

Parisi Paris edən təkcə onun əzəmətli binaları, möhtəşəm xiyabanları deyil, şəhər daxilində formalaşan cəmiyyətin intellektual qüdrəti və onun beynəlxalq miqyasdakı nüfuzu idi. Şərqdə Qərb haqda yaranan ilk təsəvvür də məhz Parisdə yaşanılan ab-havaya, burada müşahidə olunan fenomenlərə əsaslanırdı. Məhz Parisdə xidmət etmiş Osmanlı səfirləri vətənlərinə qaytdıqdan sonra Tənzimat adı ilə tanınan islahatlara təkan vermişdilər. Misirli intellektual Rifa’a əl-Tahtavinin xatirələrindən tutmuş dramaturq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsərlərinədək müşahidə etdiklərimiz budur ki, müasir dövrün pionerləri gələcəyi görmək imkanını Parisdən – innovativ, yaradıcı, qabaqcıl insanların məskunlaşdığı bu unikal şəhərdən alırdılar.

XS
SM
MD
LG