Accessibility links

Ümümdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, Nigeriya Ebola virusundan azaddır. Son 42 gündə ölkədə heç bir yeni yoluxma halı qeydə alınmayıb.

Təşkilat nümayəndəsi Rui Qama bazar ertəsi bu xəbərin “möhtəşəm bir uğur hekayəsi” olduğunu deyib.

Nigeriyada indiyədək 20 ebola halı qeydə alınıb və nəticədə 8 nəfər dünyasını dəyişib.

Liberiya prezidenti Ellen Conson Sörlif dünya ölkələrini 4500 nəfərin ölümü ilə nəticələnən bu epidemiyanın yayılmasının qarşısını almaq üçün lazımı səhiyyə infrastrukturuna investisiya qoymağa səsləyib.

Washington Post qəzetindəki məqalədə prezident Sörlif beynəlxalq reaksiyanın ləng olmasından gileylənib, və bunun Liberiyada ebolanın yayılması nəticəsində ölkənin səhiyyə sisteminin çökməsinə gətirib çıxardığını bildirib.

Xanım Şörlif bildirib ki, səhiyyə sistemi tərəfindən epidemiyanın ilkin mərhələlərində virusa qarşı sürətli və səmərəli şəkildə tədbirlər görülsəydi, indi Amerika əsgərlərinin Liberiyada müalicə mərkəzləri qurmasına ehtiyac olmazdı.

Prezident Uqandanı nümunə göstərərək bildirib ki, təlim və resursların köməkliyi ilə, həkimlər virusu diaqnozlaşdıra bilib, xəstələri karantinə salıb, özlərini də yoluxmadan qoruya biliblər.

Xanım Şörlif onu da bildirib ki, ebola epidemiyasının təkrarlanmasının qarşını almağın yolların araşdırmaqla bu virus nəticəsində dünyasını dəyişən insanların xatirəsinə ehtiram göstərmiş olarıq.

Ümumilikdə 9100 ebola halının qeydə alındığı Liberiya, Qvineya və Sierra Leone ən çox ebola hücumuna məruz qalan ölkələrdir.

Virus Qərbi Afrikadan kənar regionlara da yayılıb ki, bunların sırasına İspaniya da yer alıb. İspaniya rəsmiləri bildirir ki, eboladan əziyyət çekən iki keşişə qulluq edən zaman virusa yoluxan tibb bacısı artıq sağalıb.

XS
SM
MD
LG