Accessibility links

Ucuzlaşan neft qiymətlərinin beynəlxalq siyasətə təsirləri [Video]


Yeni texnologiyalar sayəsində ABŞ-da neft hasilatının kəskin artması neft bazarında bolluq yaradıb. Bu fikri La Salle Universitetinin iqtisadi və siyasi eksperti Edvard Turzanski Skype-la müsahibəsində səsləndirir.

“Dünya enerji bazarı kökündən dəyişir və bunun geosiyasətdə fəsadları olacaq.”

Sanksiya və neft qiymətlərinin uzun müddətli aşağı qalması Putinə təzyiq göstərəcək.

İqtisadçıların dediyinə görə, bu dəyişiklik Avopadakı iqtisadi artımı yavaşıdır. Asiya da neft təchizatının bol vaxtında enerji tələbatını azaldır. Bunların kombinasiyası nəticəsində neft qiymətləri ucuzlaşır.

Enerjiyə daha az pul sərf olunduğu üçün, ailələrə başqa mal və ximətlərə xərclənəcək daha çox pul qalır, və bu, bir çox ölkədə iqtisadi artıma yol açır.

Lakin ucuz neft qiymətləri Səudiyyə Ərəbistanı, İran və Rusiya kimi neft ixrac edən ölkələrin iqtisadi və siyasi çəkisinin azalmasına səbəb olur.

Neftin ucuzlaşması bir sıra ölkələrin siyasi çəkisini azaldacaq.

Neftin ucuzlaşması bir sıra ölkələrin siyasi çəkisini azaldacaq.

Rusiya iqtisadiyyatı artıq Ukraynadakı təcavüzünə görə Moskvanı cəzalandırmaq üçün tətbiq edilmiş sanksiyalarla üzləşir.

Strateji Enerji və İqtisadi Araşdırma Mərkəzinin təhlilçisi bildirir ki, uzun müddətli ucuz neft qiymətləri Rusiya prezidenti Vladimir Putinin daxili siyasi gücünü qorumasını çətinləşdirəcək. Bunu Maykl Linç Skaypla müsahibəsində bildirib.

“Sanksiya və neft qiymətlərinin uzun müddətli aşağı qalması Putinə təzyiq göstərəcək.”

Artan neft hasilatı frekinq adlanan yeni texnoloji üsula əsaslanır ki, bu metod daha çox neft hasil edir, amma bareli 50-80 dollara başa gəlir.

Əgər qiymətlər şist nefti hasilatının maya dəyərindən aşağı düşsə, ABŞ-ın neft hasilatı azalacaq, və bu, buruqçuların qazma işlərini dayandırmasına səbəb olacaq.

Standard & Poors şirkətinin analisti Piter Riqbi deyir ki, yeni texnologiyanın yüksək xərcləri və neftin qiymətinin aşağı olması bu üsulu əlverişsiz edə bilər.

“Əgər qiymətlər şist nefti hasilatının maya dəyərindən aşağı düşsə, ABŞ-ın neft hasilatı azalacaq, və bu, buruqçuların qazma işlərini dayandırmasına səbəb olacaq.”

Neftin qiyməti düşsə və ucuz olaraq qalsa, bərpa olunan enerji alternativlərinin də sərmayə üçün rəqabəti çətinləşəcək. Linç bizim artıq ucuz enerji qiyməti erasına daxil olduğumuzu deyir, lakin Riqbi neft qiymətinin dəyişkən olduğunu və beynəlxalq iqtisadi və maliyyə dəyişikliklərinə həssas qalacağını bildirir.

XS
SM
MD
LG