Accessibility links

Saxarov mükafatının laureatı açıqlanıb


15 ildən artıqdır zorlanmış qadınlara sağalmaqda kömək edən konqolu ginekoloq bu ilki Saxarov insan haqları mükafatının laureatıdır.

Avropa Parlamenti Dr. Denis Mukvegeni qadınların müdafiəsi uğrunda mübarizəsi üçün yekdilliliklə seçib.

59 yaşlı Mukvege 1988-ci ildə Konqo Demokratik Respublikasının Bukavu şəhərində müharibə nəticəsində kütləvi təcavüz və cinsi zorakılığa məruz qalmış qadınları müalicə etmək üçün Panzi xəstəxanasını təsis edib.

Mukvege təcavüzdən müharibə silahı kimi istifadə edilməsini tənqid etdiyi üçün hədələrlə üzləşib və hətta sui-qəsd cəhdindən qurtulub.

Dr. Mukvegeyə Saxarov mükafatı noyabrın 26-da Fransanın Strasburq şəhərində təqdim olunacaq.

Bu ilki mükafata digər namizədlər Ukraynada demokratik Avromeydan hərəkatı və həbsdə olan Azərbaycan insan haqları müdafiəçisi Leyla Yunus idi.

Saxarov Düşüncə Azadlığı Mükafatı sovet dissidenti və alimi Andrey Saxarovun adını daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG