Accessibility links

Bu gün Ağ Evin hasarını aşan 23 yaşlı adam polis nəzarəti altına alınıb. ABŞ prezident sarayı bağlanıb. Bu insident sentyabr ayından bəri artıq ikinci təhlükəsizlik pozuntusudur.

Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın təhlükəszilik işçiləri və xüsusi itlər tərəfindən tutulduqdan sonra həbs olunduğunu açıqlayıb. Adesanya ABŞ paytaxtın yaxınlığında yerləşən Merilənd ştatının sakinidir

Verilən məlumata görə, Ağ Evə daxil olmağa çalışan şəxs itləri vurub. Mətbuat katibi bildirib ki, itlərə yetirilən zədələr daha sonra baytar tərəfindən müalicə olunub.

Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyyadan əziyyət çəkdiyini və müşaidə altında olduğunu bildirib.

Faktla bağlı hələ ki, heç bir ittiham irəli sürülməyib.

Keçən ay baş vermiş oxşar hadisə zamanı 42 yaşlı hərbi veteran Ömər Qonzalez saxlanılmadan öncə üstündə bıçaqla çəmənlikdə qaçaraq Ağ Evə daxil olmuşdu.

Qonzalezin maşınında 800-dən artıq patron, iki balta və bir maşet tapılıb. Qonzalez xüsusi xidmət agentlərinə hücum etməkdə, müqavimət göstərməkdə və maneə törətməkdə ittiham olunur.

Misli görünməmiş insident Konqresdə dinləməyə və Məxfi Xidmətin direktorunun istefasına səbəb olmuşdu.

XS
SM
MD
LG