Accessibility links

Washington Post: "İlham Əliyev təkcə fərdləri əzmir, azadlıq ideyasının özünü həbsə salmağa çalışır"


Xədicə İsmayılova
Xədicə İsmayılova

ABŞ-ın nüfuzlu qəzetlərindən “Washington Post” Azərbaycandakı quruluşu “Sultanlıq” adlandırır, Ramiz Mehdiyev son manifestini Rusiya prezidenti Vladimir Putindən təqlid etdiyini yazır.

Qəzet AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsindən də yazıb.

Dekabrın 11-də qəzetin baş məqaləsində qeyd olunur ki, Xədicə İsmayılovanın jurnalist fəaliyyəti hər bir ölkə üçün vacibdir, ancaq Azərbaycan kimi neftlə zəngin sultanlıqda xüsusi cəsarət tələb edir. Bu ölkə sovetlərdən əvvəl və sonra Heydər Əliyev tərəfindən idarə olunub. 2003-cü ildə o, öldükdən sonra hakimiyyət oğlu İlham Əliyevə keçib.

MEHDİYEV PUTİNİ TƏKRARLAYIR

“Son illər xanım İsmayılova hakim ailənin gizli sərvətini araşdırır, onların gizli sövdələşmələri necə əldə etdiyini üzə çıxarmışdı. İndi monarxlar hücuma keçib və onu susdurmağa çalışır. Bu, Azərbaycanın insan haqları və demokratiya üçün necə bir qəddar distopiya (ən pis yer – red.) olduğunu göstərir,” yazıda qeyd olunur.

Daha sonra məqalədə Xədicə İsmayılovanın öncə məruz qaldığı təzyiqlərdən söz açılır. Jurnalistin həbsindən bir gün öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 60 səhifəlik manifestinin dərc olunduğu xatırladılır.

“Cənab Mehdiyev qeyri-hökumət təşkilatlarının “beşinci kolonundan” şikayətlənib; o, bir səhifəni Rusiya prezidenti Vladimir Putinin paranoyyasından götürüb, onun vətəndaş cəmiyyətini boğmaq barədə dediklərini təkrarlayıb. Bu manifestdə xanım İsmayılova birbaşa tənqid olunub, onun informasiyanı xarici casuslardan aldığı fikri irəli sürülüb”.

ONA XATIRLADILMALIDIR Kİ...

Hüquq müdafiəçisi Leyla Yunus və əri Arif Yunusun, dözümsüz İlham Əliyevin repressiya dalğasının qurbanı olan onlarla fəalla bərabər həbsdə yatdığı bildirilir.

“Azərbaycan enerji sərvəti ilə Qərbi ələ alıb. 2012-ci ildə fəxrlə Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edib. Ancaq Xəzər dənizinin sahilində vəziyyət heç də yaxşı deyil. Cənab Əliyev təkcə fərdləri əzmir, azadlıq ideyasının özünü həbsə salmağa çalışır. Birləşmiş Ştatlar və Avropa ona xatırlatmalıdır ki, bu bədxah ambisiya uğurlu olmayacaq və yalnız ölkəyə ziyan vuracaq”.

XS
SM
MD
LG