Accessibility links

Ettelaat qoşaçaylı türk fəalı Tehran hava limanında həbs edib


Əli Rzayi
Əli Rzayi

Güneyli siyasi fəal Əli Rzayinin fevralın 4-də Tehranın Mehrabad hava limanında İranın cənubunda yerləşən Bəndər Abbas şəhərinə gedərkən Ettelaat məmurları tərəfindən nəzarət altına alındığı bildirilir.

Oyan News veb səhifəsinə istinadən, Rzayinin evində axtarış aparılıb, şəxsi kompüter və digər əşyalar aparılıb.

Amerikanın Səsinin fəalın yaxınlarından əldə etdiyi məlumata görə, ailə üzvləri onun durumunu öyrənmək üçün Tehranın Evin həbsxanası və məhkəmə qurumuna müraciət etsələr də, 5 fevral səhər çağına qədər heç bir məlumat ala bilməyiblər.

Əslən Qərbi Azərbaycanın Qoşaçay şəhərindən olan Əli Rzayi və həyat yoldaşı Tehranda yaşayırlar.

Əli Rzayi son illərdə bəzi siyasi-mədəni mərasimlərə qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb. Ancaq ailəsinə istinadən yayılan xəbərlərə görə, onun hazırda hansı səbəblər üzündən həbs edildiyi bəlli deyil.

XS
SM
MD
LG