Accessibility links

Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq


Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq
Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaq

Məqsəd III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir

Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprel ayının sonunda Azərbaycana gələcək.

Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Bu barədə Komitənin məlumatında deyilir.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub.

Tədbirdə siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş Baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, Andorranın baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.

XS
SM
MD
LG