Accessibility links

Freedom House təşkilatının rəhbəri: Qərbin Azərbaycandakı basqılara reaksiyası adekvat deyil [Video-Müsahibə]


Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının prezidenti Mark Lagon Amerikanın Səsinə müsahibədə Azərbaycanda baş verən hüquq pozuntuları haqda danışıb. Onun sözlərinə görə Azərbaycanda sivil cəmiyyətə, müstəqil mətbuata, və siyasi fəallara qarşı vüsət alan basqılar hökumətin sistematik siyasətinin göstəricisidir və Qərb dövlətləri Azərbaycan hökumətinin davranışına sərt reaksiya verməlidir.

Amerikanın Səsi: İnsan haqları təşkilatlarından ibarət “Hüquqlar Naminə İdman” koalisiyası Azərbaycanda insan haqlarına basqıları “misli görünməmiş” adlandırıb. Bu rəylə razılaşırsınızmı? Həmin ölkədə vəziyyət nə dərəcədə ağırdır?

Leyla və Arif Yunuslar məhkəməyə aparılır.

Leyla və Arif Yunuslar məhkəməyə aparılır.

Mark Lagon: Vəziyyət olduqca ağırdır. Avropa və Avrasiya üzrə müşahidəçilər dərk edirlər ki, bu, insan haqlarının bərbad durumda olduğu bir ölkədir. Buradakı siyasi məhbusların sayı Rusiya və Belarusda olduğundan ikiqat artıqdır. İfadə azadlığına, toplaşma azadlığına və sivil cəmiyyət təşkilatlarına qarşı basqılar sistematik hal alıb.

Amerikanın Səsi: Sizcə hökumət bu kampaniya ilə nəyə nail olmağa can atır? Niyə indi? Niyə bu dərəcədə sərt?

Mark Lagon: Freedom House olaraq biz avtokratik liderlərin vətəndaş cəmiyyətindən və beynəlxalq ictimaiyyətdən üzləşdikləri təzyiqlərə baxırıq. Bizim təhlilimizə əsasən onlar bu korrupsioner və repressiv hökumətdə dəyişiklik etməyə çalışan sivil cəmiyyətdəki səslərdən qorxurlar. Buna cavab olaraq basqılar həyata keçirir və hər şeyi sərt nəzarətdə saxlamaq istəyirlər. Amma onlar beynəlxalq ictiamiyyətdən kifayət qədər təzyiq hiss etmirlər. Avropa İttifaqı və ABŞ enerji çıxışına, ticarətə və təhlükəsizlik maraqlarına verdiyi diqqəti insan haqlarına verməyib. Onlar da hesab edirlər ki, bu cür sərt tədbirlərə əl atmağa imkan var.

Amerikanın Səsi: Siz və təşkilatınız Qərb hökumətlərini Azərbaycanda sivil cəmiyyətə dəstək ifadə etməklə basqılara qarşı mövqe sərgiləməyə çağırmısınız. Sizcə, Azərbaycanda baş verənlərə adekvat reaksiya nə olardı?

Mark Lagon: Xatırlamaq yaxşı olardı ki, problem təkcə insan haqları pozuntuları yox, həm də sistematik korrupsiyadır. Beynəlxalq qurumlar üçün bunu araşdırmaq və işığa çıxarmaq çox mühüm olardı. Hökumət daxildə

Amerika olaraq biz hədəfli sanksiyalardan istifadə etməliyik. Biz pozuntulara və korrupsiyaya görə məsuliyyət daşıyan insanarı hədəf almaq üçün dəqiq mexanizmlər inkişaf etdirmişik. Bu, həmin hədəfli sanksiyaları işlətmək üçün kamil situasiyadır.

bunu edən jurnalistləri həbsə atır. Amerika olaraq biz hədəfli sanksiyalardan istifadə etməliyik. Biz pozuntulara və korrupsiyaya görə məsuliyyət daşıyan insanarı hədəf almaq üçün dəqiq mexanizmlər inkişaf etdirmişik. Bu, həmin hədəfli sanksiyaları işlətmək üçün kamil situasiyadır. ABŞ həmçinin tiraci təşviqat proqramlarını nəzərdən keçirməli və cavabdeh olmayan bir hökumətin Amerika ilə ticarət qurmasına imkan verməməlidir. Bu, tamamilə Amerikanın maraqlarına ziddir – o ki, qaldı hələ dəyərləri demirəm.

Amerikanın Səsi: Tez-tez eşidirik ki, Qərb qüdrətlərinin Bakı üzərində təsir mexanizmi məhduddur. Onlar Xədicə İsmayılova kimi jurnalistin azadlığa buraxılması üçün bəyanatdan başqa bir şey etmək iqtidarında deyillər. O biri tərəfdən “bp kimi Qərb şirkətləri Azərbaycanda biznes edir. Azərbaycannın neft gəlirlərinin az qala hamısı Qərbdən qaynaqlanır. Deyilənə görə həmin pullar Qərb banklarında saxlanılır. Siz bu barədə nə deyərdiniz?

Mark Lagon: Əlbəttə təsir mexanizmi var. Qərbin maliyyə təsisatlarında kifayət qədər təsir göstərmək imkanları var. O Qərb şirkətləri, eləcə də hökumətləri ki, hesab edirlər ki, əsas diqqətimizi enerjiyə çıxışa yönəltməliyik, onlar dar düçüncəlidirlər. Təsəvvür edin ki, əgər həmin ölkədə söz azadlığı, innovasiya olsa, o adamlar ölkədə baş verən pozuntulara diqqət cəlb edə biləsələr, bizim münasibətlərimiz, ticarət əlaqələri və xalqın firavanlığı necə yaxşı olar. Bu hökumətə təzyiq qoymaq ABŞ və beynəxalq biznes qurumlarının marağındadır. Bu təkcə universal dəyər məsələsi deyil, həm də maraq məsələsidir.

Amerikanın Səsi: ABŞ hökumətində bəzi rəsmilər Azərbaycanın “əsas strateji tərəfdaş” olduğunu deyirlər. Siz bu düşüncəni paylaşırsınızmı: Azərbaycan hansı mənada əsas strateji tərəfdaşdır?

Mark Lagon: Mühüm coğrafi mövqe, əks-terrozim siyasəti və hərbi çəməkdaşlıq kimi təhrif edilmiş terminologiya çox vaxt insan haqlarını bir kənara qoymaq üçün arqument kimi istifadə olunur. Strateji məqsədlər üçün

Araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs olunanadək prezident İlham Əliyev və onun ailəsinin biznesləri haqda araşdırmalar aparmışdı.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs olunanadək prezident İlham Əliyev və onun ailəsinin biznesləri haqda araşdırmalar aparmışdı.

Azərbaycanın konkret faydası məhduddur. Ən azı bu, elə də mühüm deyil ki, ona görə insan haqlarını unudasan. Söhbət burada bir neçə adamın susdurulmasından, bir ovuc adamın təzyiqə məruz qalmasından getmir. Bu ifadə, toplaşma azadlğını, idarəçiliyə işıəq salan jurnalistlərin və sivil cəmiyyət fəallarının rolunu məhdudlaşdırmağa yönəlik sistematik siyasətdir. Burada dilemma yoxdur. Bu, gün kimi aydın məsələdir.

Amerikanın Səsi: Azərbaycanda həbs olunmuş bir çox adamlar ABŞ-da qərargahlanan qeyri-hökumət təşkilatlarından maliyyələşiblər. Bu gün ABŞ-la əlaqəli olan az qala bütün təsisatlar, hətta Sülh Korpusu da qapadılıb. Freedom House təşkilatının rəhbəri kimi deyil, bir amerikalı kimi siz Birləşmiş Ştartların Azərbaycandakı siyasətini necə səciyyələndirərdiniz? Bu siyasət müvəffəq olub, yoxsa iflasa uğrayıb? Yaxud nəticələr qarışıqdır?

Mark Lagon: İndiyədək siyasət iflasa uğrayıb. Zənnimcə Avropa parlamentarlarının çağırışları ilə siyasət tədricən hərəkət edir. Avropann siyasəti düzgün istiqamətdə irəliləyir. Amma bu hökumət bizə əlinin arxasını göstərib. Onun Azərbayanda sivil cəmiyyət təşkilatarını guya xarici qüvvələrin marionetləri olmaqda ittihüm etməsi təhqiramizdir. ABŞ sivil cəmiyyət qurumlarına və xadimlərinə yardım verəndə öz səslərini uclatmağa çalışan insanlara yardım göstərir. Bu adamlar özlərini təmsil edirlər. ABŞ siyasəti isə özləri üçün çarpışan adamların müdafiəsində kifayət qədər ötkəm mövqe sərgiləməyib.

XS
SM
MD
LG