Accessibility links

Con Makkeyn: Trampın dedikləri ilə qətiyyən razılaşmıram


Senator və 2008-ci il prezidentliyə Respublikaçı namizəd Con Makkeyn
Senator və 2008-ci il prezidentliyə Respublikaçı namizəd Con Makkeyn

Prezidentliyə Respublikaçı namizəd Donald Trampın həlak olmuş müsəlman-amerikalı veteranın valideynləri ilə qarşıdurması bazar ertəsi eskalasiya edib.

1960-cı illərdə Vyetnam Müharibəsində əsir düşmüş Arizona Senatoru və prezidentliyə sabiq Respublikaçı namizəd Con Makkeyn Trampı Xızır Xan və onun xanımı Ğazala ilə mübahisəyə girdiyinə görə tənqid edib. Övladları 2004-cü ildə İraqda həlak olmuş valideynlər Demokrat Milli Qurultayında çıxış edərək Trampı müsəlmanlara qarşı münasibətinə görə qınamışdılar.

Xızır Xan Demokratların Qurultayındakı çıxışı zamanı ABŞ Konstitutsiyasını əldə tutaraq Donald Trampı tənqid edib.
Xızır Xan Demokratların Qurultayındakı çıxışı zamanı ABŞ Konstitutsiyasını əldə tutaraq Donald Trampı tənqid edib.

Xan ailəsi Trampın Demokrat rəqibi Hillari Klintonu dəstəkləyərək telekanallara müsahibələrdə Trampa qarşı çıxışlar edir.

"Mən müharibədə əsir düşməyənlərə üstünlük verirəm" deyə Trampın bir il öncə təhqir etdiyi Makkeyn bildirib ki, Respublikaçı namizədə qalsaydı, ordu kapitanı Humayun Xan kimi adamlar “nəinki hərbi xidmətə, hətta Amerikaya belə buraxılmazdılar.”

Xan ailəsi Birləşmiş Ştatlara sonradan həlak olan övladları iki yaşında olarkən immiqrasiya edib.

“Mən cənab Trampın dedikləri ilə nə dərəcədə razılaşmadığımı kifayət qədər vurğulaya bilmərəm,” Senator Makkeyn bildirib. “Ümid edirəm ki, amerikalılar başa düşür ki, bu ifadələr Respublikaçılar partiyası, onun rəsmiləri, yaxud namizədlərinin dünyagörüşlərini əks etdirmir.”

Tramp isə öz növbəsində Xana cavab qaytarmaqda davam edib. Twitterdə yazdığı mesajda Respublikaçı namizəd bəyan edib:

“Cənab Xan məni tanımır, mənə Demokratların qurultayında hücum edib və hazırda televiziyaya çıxaraq bu işlə məşğuldur – Gözəl!”

Öncə isə Tramp debatın Xan yox, radikal İslamla bağlı olduğunu bəyan edib.

Nəhayət mən Xanın valideynlərinə demək istərdim: Amerikaya mühacirət etdiyinizə görə çox sağ olun. Biz sizə görə daha yaxşı ölkəyik.

Makkeyn özü Trampa ilıq dəstək versə də, onun üçün kampaniya aparmayıb və qeyd edib ki, “Trampın namizəd olması o demək deyil ki, o, aramızdakı ən yaxşılarını gözdən salmaq üçün vəsiqə qazanıb.”

“Nəhayət mən Xanın valideynlərinə demək istərdim: Amerikaya mühacirət etdiyinizə görə çox sağ olun. Biz sizə görə daha yaxşı ölkəyik. Və siz haqlısız: Oğlunuz Amerikanın ən yaxşılarındandır,” deyə Makkeyn bildirib.

Xan CNN-ə bildirib ki, o, öz ailəsinin ləyaqətini, oğlunun ləyaqətini və fədakarlığını qorumağa çalışır. Trampa gəldikdə isə “şərh verməyə ehtiyac yoxdur, ona demək istədiklərim budur,” deyə əsgər atası bildirib.

XS
SM
MD
LG