Accessibility links

“Biz REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən çox narahatıq,” deyə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner bəyan edib. O, habelə ABŞ hökumətinin digər azərbaycanlı siyasi fəalların həbsindən eyni dərəcədə narahat olduğunu bəyan edib.

“Biz qəti şəkildə Azərbaycan hökumətini öz fündamental azadlıqlarından yararlanan bu və digər fəalları həbsdən azad etməyə çağırırıq,” deyə Toner Amerikanın Səsinin sualına cavabda bildirib.

Biz qəti şəkildə Azərbaycan hökumətini öz fündamental azadlıqlarından yararlanan bu və digər fəalları həbsdən azad etməyə çağırırıq.

ABŞ hökumətinin sözçüsü Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyə və ölkənin gələcək istiqaməti ilə bağlı dialoq açmağa çağırıb.

Konstitutsiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsünə toxunan Mark Toner rəsmi Bakını həmin dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırıb.

Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Natiq Cəfərovu Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilir.

Mark Toner

Mark Toner

İndiyədək oxşar ittihamlarla Azərbaycanda bir çox sivil cəmiyyət nümayəndələri və jurnalistlər həbs olunublar.

İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O,2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.REAL sentyabrın 26-da keçiriləcək Konstitutsiyaya dəyişikliklərlə bağlı bağlı referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

Show comments

XS
SM
MD
LG