Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycandakı referenduma reaksiya verdi [Video]


Dövlət Departametninin gündəlik brifinqində Amerikanın Səsinin müxbirinin sualına cavab olaraq Azərbaycandakı referenduma reaksiya verən sözçü müavini Mark Toner konstitutsiya üzərində keçirilən referendumun “insidentsiz” ötüşdüyünü bildirib.

“Venesiya Komissiyası qeyd edib ki, səsvermə öncəsi proses daha geniş ictimai diskussiyadan faydalanmış olardı. Biz hökuməti qanun pozuntuları barədə məlumatları araşdırmağa çağırırıq,” Toner bildirib.

Toner əlavə edib ki, ABŞ Azərbaycanda “daha güclü” demokratiya qurulmasına sadiqdir, və Vaşinqton “ölkə daxilində şəffaflıq və dialoqu həvəsləndirir.”

“Yaxşıdırmı ki, bir ailə ölkəni bu qədər idarə edib, əvvəlki idarəçinin oğlu ölkəni daha uzun müddətə idarə edə bilər?” deyə başqa jurnalist soruşub.

Toner: “Bizim diqqətimiz təsisatların təkmilləşdirilməsinə, Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəlib. Demokratik prosesin sonucunu diktə etmək bizim işimiz deyil. Biz onu qeyd edə bilərik ki, pozuntular varsa araşdırılmalıdır, nöqsanlara baxılmalı və onlar aradan qaldırılmalıdır.”

“Bu, demokratik prosesdirmi?” başqa jurnalist dillənib.

Toner: “Dünən baş vermiş səsverməyə baxırıq. Biz müəyyən etdik ki, burada pozuntulara dair bəzi məlumatlar var...”

Jurnalist: “Elə bir situasiya yaranıb ki, burada ömürlük prezident ola bilər? Bu, demokratiyadırmı?

Toner: "Azərbaycan uzun müddətli idarəçisi, dövlət başçısı olan ölkələr baxımdan unikal deyil..”

Jurnalist: “Mən soruşmadım ki, o, unikaldır...”

Toner: “İmkan verin fikrimi tamamlayım. Bizim əsas amacımız mövcud strukturlar daxilində prosesi, demokratik təsisatları təkmilləşdirməkdir. Biz prezidentlik dönəmlərini diktə edə bilmərik.”

Show comments

XS
SM
MD
LG