Accessibility links

Florida ştatına doğru irəliləyən Metyu qasırğası Baham adalarını vurmaqdadır. ABŞ-ın cənub ştatında isə qasırğanın gəlişinə hazırlaşan sakinlər son anlarda özlərini tufanın effektlərindən qorumaq üçün tədbirlər görürlər.

Vaxt tükənmək üzrədir. Bəhanəyə yer yoxdur. Siz buradan çıxmalısınız!

Çərşənbə axşamı Metyu qasırğası Haitidə azı 108 adamın ölümünə bais olub. Bununla qasırğa nəticəsində Karib Dənizi hövzəsində ölənlərin sayı 114-ə çatıb. Dördüncü kateqoriyalı tufan son 52 ildə Haitini vuran ən güclü qasırğa olub.

Florida qubernatoru Rik Skott qasırğanın 4-cü kateqoriyada qalacağını güman etdiyini bildirib. Axşam saatlarında Floridanı vuracaq qasırğa saatda 205 kilometr sürətlə hərəkət edir.

“Vaxt tükənmək üzrədir. Bəhanəyə yer yoxdur. Siz buradan çıxmalısınız,” qubernator ştatın zərbə qarşısındakı nöqtələrinin sakinlərinə bildirib. 1.5 milyon adamın evakuasiyasına göstəriş vermiş qubernator əlavə edib: “Təəssüf ki, bu, adamlar öldürəcək.”

Metyu qasırğası Haitidə bir çox yaşayış məntəqələrini viran qoyub

Metyu qasırğası Haitidə bir çox yaşayış məntəqələrini viran qoyub

Skott tufan yaxınlaşdıqca Floridanın magistral yollarında tıxacların əmələ gələcəyi haqda xəbərdarlıq edib.

Mayamidə qərargahlanan ABŞ Qasırğa Mərkəzi Metyunu “son dərəcə təhlükəli” tufan kimi dəyərləndirir. Mərkəz qasırğanın bəzi bölgələrə 20 sm hündürlükdə yağış gətirəcəyini bildirib.

XS
SM
MD
LG