Accessibility links

Sözçü: Obama dini diskriminasiyanın əleyhinədir


Sabiq ABŞ Prezidenti Barak Obama insanlara qarşı dini etiqad əsasında diskriminasiya olunmasına ziddir və ölkədə müşahidə olunan siyasi aktivizmdən ürəklənib, deyə onun sözçüsü bildirib.

Ağ Evi 10 gün öncə tərk etmiş Obamanı təmsil edən Kevin Lyuis deyib ki, sabiq prezident “insanlara öz inanclarına və ya dinlərinə görə diskrimnasiya edilməsi anlamı ilə fundamental şəkildə razılaşmır.”

Söhbət Amerika dəyərlərindən getdiyi bir məqamda vətəndaşların öz konstitusional hüquqlarından yararlanaraq toplaşması, təşkilatlanması və səslərini seçkili rəsmilər qarşısında ucaltması məhz bizim görmək istədiyimizdir.

“Söhbət Amerika dəyərlərindən getdiyi bir məqamda vətəndaşların öz konstitusional hüquqlarından yararlanaraq toplaşması, təşkilatlanması və səslərini seçkili rəsmilər qarşısında ucaltması məhz bizim görmək istədiyimizdir,” Lyuis bildirib.

Onun sözlərinə görə Obama “ölkə boyu icmalarda insanların fəallığından ürəklənib.”

Federal məhkəmə ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatlara yeddi müsəlman ölkəsindən vətəndaşların daxil olmasına qadağa ilə bağlı sərəncamının icrasına müdaxilə edib.

7 müsəlman çoxluğa malik ölkələrə viza qadağaları tətbiq edən sərəncamın imzalanmasından sonra qaçqınlar, yaşıl karta (ABŞ-da daimi yaşayış icazəsi təmin edən sənəd-red.) malik olan şəxslər, tələbələr və işçilərin Amerikanın hava limanlarında saxlanması və Birləşmiş Ştatlara uçuşlara buraxılmaması təlaş doğurub.

XS
SM
MD
LG