Accessibility links

Sabiq Rusiya deputatı Kiyevdə öldürülüb


Təhqiqatçılar Denis Voronenkovun cəsədi üzərində yoxlamalar aparır. 23 mart, Kiyev, Ukrayna.
Təhqiqatçılar Denis Voronenkovun cəsədi üzərində yoxlamalar aparır. 23 mart, Kiyev, Ukrayna.

Sabiq Rusiya qanunvericisi Denis Voronenkov Kiyev küçələrində Rusiyanın göstərişi ilə qətlə yetirilib, deyə Ukrayna polisi xəbər verir.

Voronenko ötən il həyatı üçün qorxduğundan Rusiyadan qaçmış və Ukraynada rusiyapərəst sabiq prezident Viktor Yanukoviç əleyhinə ifadə vermişdi.

O, hərbi prokurorun ofisinə Yanukoviçlə bağlı dəyərli məlumatlar verib. Bu tipik Kremlin şahidi edam etməsidir.

Ukrayna baş prokuroru Yuriy Lutsenko Voronenkovun məhz həmin ifadəyə görə öldürüldüyünü bəyan edib.

“Gündüzün günorta çağı Kiyevin mərkəzində sabiq Rsiya deputatı Denis Voronenkov güllələnib,” Lutsenko bildirib. “O, hərbi prokurorun ofisinə Yanukoviçlə bağlı dəyərli məlumatlar verib. Bu, tipik Kremlin şahidi edam etməsidir.”

Polisin sözlərinə görə, Voronenkov mərkəzi Kiyevdə otel qarşısında dayanmışkən hücumçu ona atəş açaraq öldürüb.

Voronenkovun cangüdəni cavab atəşi açaraq hücumçunu yaralayıb.

Prezident Vladimir Putinin hökuməti qətldə əli olduğunu danır.
Prezident Vladimir Putinin hökuməti qətldə əli olduğunu danır.

Hər iki adam xəstəxanaya yerləşdirilib.

Rəsmi Moskva qətldə əli olduğunu danır.

“Məsələnin Rusiya ilə bağlı olduğunu iddia etmək absurddur,” deyə Kreml sözçüsü Dmitri Peskov Rusiya xəbər agentliklərinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG