Accessibility links

Türkiyədə aerokosmik və texnologiya festivalı - “Teknofest-2023” keçirilir


Teknofest-2023. 29 aprel, 2023.
Teknofest-2023. 29 aprel, 2023.

Aprelin 27-də İstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin aerokosmik və texnologiya festivalı – “Teknofest -2023” açılıb.

Aprelin 29-da Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak edib.

Festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Teknofest festovalında. İstanbul, Türkiyə. 29 aprel, 2023.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Teknofest festovalında. İstanbul, Türkiyə. 29 aprel, 2023.

Mayın 1-dək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları ziyarətçilərə təqdim olunur.

Azərbaycan beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur.

Prezident İlham Əliyev bugünkü çıxışında diqqəti çağdaş Türkiyənin nailiyyətlərinə, o cümlədən texnoloji və müdafiə sahələrindəki nailiyyətlərinə yönəldib. O, “Teknofest”in qurucusu Selçuk Bayraktarın xidətlərini xüsusi qeyd edib və onun dəfələrlə Azərbaycanda səfərdə olduğunu xatırladıb.

“Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”, Əliyev qeyd edib.

"Teknofest" aviasiya, kosmonavtika və texnologiya festivalı 2018-ci ildən Türkiyənin T3 Fondu, Sənaye və Texnologiya Nazirliyinin birgə səylərilə hər il keçirilir. 2022-ci il mayın 26-29-da “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib.

XS
SM
MD
LG