Accessibility links

Azərbaycanın xarici ticarətində ixracda İtaliya, idxalda Rusiya liderlik edir


ABŞ dolları (Mənbə: VOA)
ABŞ dolları (Mənbə: VOA)

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 953 07 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsinin 16 114.33 milyon dollarını ixrac, 6 838.74 milyon dolları isə idxal təşkil edib.

Azərbaycanın dünyanın 185 ölkəsi ilə ticasrət əlaqəsi olub.

Azərbaycanın ixracının 3.98, idxalının 30.70 faizi MDB ölkələri, ixracının 66.87 faizi, idxalının isə 19.37 faizi Avropa İttifaqı ölkələri ilə olub.

İxracda ilk üçlüyə İtaliya (46.04 faiz), Türkiyə (16.17 faiz), Yunanıstan (4.30 faiz), idxalda isə Rusiya (19.29 faiz), Çin (14.68 faiz), Türkiyə (14.10 faiz) daxildir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfərdən çox azdır.

Gömrük Komitəsinin məlumatında deyilir ki, yanvar may aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.

Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Neft ticarətinə gəlincə Azərbaycan bu ilin yanvar-may aylarında xarici ölkələrə 11 752 575.69 ton xam neft (7 220 253.42 min ABŞ dolları dəyərində) ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan ən çox xam neft alan ölkələr İtaliya, İspaniya, İsaril və Hindistandır. Belə ki, bu ilin beş ayında Azərbaycan İtaliyaya 4 595 738.70 ton (2 840 446.67 min ABŞ dolları), İspaniyaya 1 017 351.02 ton (644 665.26 min ABŞ dolları), İsrailə 1 021 518.33 ton (631 333.05 min ABŞ dolları), Hindistana 1 027 221.27 ton (610 361.61 min ABŞ dolları), Türkiyəyə 787 854.48 ton (459 921.20 min ABŞ dolları) Çexiyaya 608 555.83 ton (381 844.90 min ABŞ dolları), Almaniyaya 572 190.47 ton (354 363.11 min ABŞ dolları), İrlandiyaya 453 801.98 ton (263 612.67 min ABŞ dolları), Yunanıstana 299 869.30 ton (190 160.53 min ABŞ dolları), Rumıniyaya 259 747.26 ton (163 564.63 min ABŞ dolları) və digər çoxsaylı ölkələrə xam neft ixrac edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG