Accessibility links

Vaxtilə 200 ailənin yaşadığı bu kənddə indi 7-8 ailə yaşayır

Qubanın Əlik kəndi mərkəzdən təxminən 45 kilometr aralıda yerləşir. Kənddə bir neçə dəfə torpaq sürüşməsi baş verib. Evlər dağılıb. Əlik küçələri boşdur. Kəndin olan-qalan sakinlərindən Minayə Xankişiyeva deyir ki, Əlikdə evlər günü-gündən boşalır. Kənd sakinlərinin bəziləri dolanışıq üçün Qubaya, bəziləri də Bakıya üz tutur. Əvvəllər kənddə 200-ə yaxın ailə var idisə, indi 7-8 ailə qalıb. Əlik kəndinin qazı da yoxdur. Sakinlər yay və qışı peyin yandırmaqla keçinir.


XS
SM
MD
LG