Accessibility links

Qobustanın sürətlə tərk edilən Qurbançı kəndi

Qobustan rayonunun mərkəzindən cəmi 4 kilometr aralıqda olan Qurbançı kəndinin sakinləri kəndi kütləvi halda tərk edirlər. Kənddə əsas problemlərdən olan su bu günə qədər həll olunmayıb. Kəndə gələn yol isə baxımsız vəziyyətdədir. Qışda qar-yağışdan sonra bu yol keçilməz olur.

Məktəb isə ayrı bir problemdir. Sakinlərin sözlərinə görə, məktəb qəzalı olduğundan kənd uşaqları qonşu kəndə getməyə məcburdurlar. Bu səbəbdən uşaqları məktəbə göndərmək ailələrə baha başa gəlir. Nəticədə, şagirdlər ibtidai sinfi bitirib, qoyun-quzu saxlamağa başlayırlar.

86 yaşlı Dədəqulu Dadaşov bu kəndə böyüyüb. O deyir ki, elə o vaxtdan da bu kəndin problemləri həllini tapmayıb: “Xəstəmiz olanda belə kəndə tibb bacısı tapa bilmirik. Kəndin tibb məntəqəsi də yoxdur.”

62 yaşlı İzzətalı Vəliyev isə, kənddəki işsizlik, yolsuzluq və su probleminin həll olunacağı günü gözləyir: “Hayvanlara su vermək üçün, suyu pul ilə alırıq. 4 kilometrlik yolu yağışda isə gəlmək mümkün deyil.”

Kənddə iş olmadığından bir çox ailə kəndi tərk edib. Deyilənə görə, əvvəllər kənddə 300-dən çox ailə yaşayırdısa, hazırda burada 10-a yaxın ailə qalıb.


XS
SM
MD
LG