Accessibility links

Azərbaycan məhkəməsi Vaqif Xaçatryanı 15 il həbsə məhkum edib


Vaqif Xaçatryanın məhkəməsi
Vaqif Xaçatryanın məhkəməsi

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi hakim Zeynal Ağayevin sədrliyi ilə Azərbaycanın Xocalı rayonunun Meşəli kənd sakinlərinin kütləvi qətlində iştirak etməkdə ittiham olunan Qarabağın erməni əsilli sakini Vaqif Xaçatryanı 15 il həbsə məhkum edib.

Vaqif Xaçatryan və onun vəkili Radmila Abılova məhkəmədən bəraət istəyib. Vaqif Xaçatryan özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmədə dövlət ittihamını baş prokurorun köməkçisi, ədliyyə generalı Müqəddəs Sultanov və Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Cövdət Mehrəliyev müdafiə edib.

Zərərçəkmiş şəxs qismində Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi, Meşəli kəndindəki hadisələr zamanı öldürülmüş, yaralamnmış, əsir götürülmüş şəxslər və onlarınn hüquqi varisləri iştirak edib.

Ermənistan xarici işlər nazirliyinin sözçüsü Ani Badalayan Xaçatryanın həbsini "insan oğurluğu" kimi qiymətləndirib.

"Beynəlxalq humanitar qanunların kobud şəkildə pozuntusu olaraq qeyri-qanuni insan oğruluğu indi əziyyət çəkən 68 yaşlı vətəndaşın fotolarının və videolarının dərc olunması ilə müşayiət olunur. Beynəlxalq insan haqları təşkilatlarının və institutların xahiş etdikləri kimi, Bakının hələ də girov saxladığı erməni əsirlər və mülki vətəndaşlar sərbəst buraxılmalıdır," Badalyan bildirib.

Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getməyə çalışarkən "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Onun barəsində Azərbaycanda 22 dekabr 1991-ci il hadisələri ilə əlaqədar açılmış cinayət işi üzrə axtarış elan olunub. Xaçatryan və əlbirləri Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlını öldürməkdə, 14 nəfəri yaralamaqda, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən qovmaqda ittiham edilir.

Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya zorla köçürülməsi) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Ermənistan tərəfi ilk gündən Vaqif Xaçatryanın günahsız olduğunu bildirib və Azərbaycanın rəsmi qurumlarını onu "oğurlamaqda" günahlandırıb.

Forum

XS
SM
MD
LG