Accessibility links

Azərbaycan və Ermənistan liderləri sülh gündəliyini müzakirə edib


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

Yerli medianın məlumatına görə, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Azərbaycanın rəsmi qurumları iki ölkə lideinin görüşü barədə hələ məlumat yaymayıb. Bununla yanaşı, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburqda Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələləri müzakirə edib.

“MDB-nin qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli formatda müzakirələr aparılıb”, o qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "Birinci" kanalına bildirib ki, Bakı və Yerevan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır.

"Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur", Peskov qeyd edib.

İRNA agentliyi bildirir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan dekabrın 26-da Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Qafqaz regionunda baş verən hazırkı hadisələrə toxunaraq Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, İranın regionda sülh və sabitliyin yaranmasına dəstəyini vurğulayıb.

Azərbaycan Ordusu sentyabrın 19-20-də Qarabağın ermənilər yaşayan hissəsində "lokal antiterror tədbirləri" həyata keçirib. Nəticədə erməni tərəfi silahların təhvil verilməsi ilə bağlı Azərbaycanın təklifini qəbul edib. Bundan sonra Azərbaycan tərəfi təhlükəsizlik təminatı versə də, Qarabağın erməni sakinləri Ermənistana köç edib.

Azərbaycanın hərbi əməliyyatından sonra, oktyabrın 26-da Tbilisidə Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Daha sonra Azərbaycan regiondan kənar qüvvələrin iştirakı olmadan danışıqların davam etdirlməsini təklif edib.

Beləliklə, Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının noyabrın 30-da iki ölkənin dövlət sərhədində beşinci görüşü keçirilib.

Hazırda iki ölkə sülh müqaviləsi üzərində işi davam etdirməklə bir-biri ilə təkliflərini bölüşür.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG