Accessibility links

Simin Səbri: İran höküməti qadına zülm etməklə öz gücünü nümayiş etdirməyə çalışır


Simin Səbri, psixiatr və siyasi fəal
Simin Səbri, psixiatr və siyasi fəal

Siyasi fəal və psixiatr Simin Səbri Amerikanın Səsi ilə söhbətində deyir ki, daxili və xarici siyasət, eləcə də iqtisadiyyat sahəsində öz gücünü nümayiş etdirə bilməyən İslam Cümhuriyyəti qadınlara basqı tətbiq edərək bunu etməyə çalışır.

Simin Səbrinin sözlərinə görə, İslam Respublikası “Hicab və İffət” layihəsi çərçivəsində tətbiq etdiyi siyasət ilə insanları bir-birinin əleyhinə və ələxüsus da insanları qadınların əleyhinə hökümətlə həmkarlıq etməyə dəvət edir.

Simin Səbri: İran höküməti qadına zülm etməklə öz gücünü nümayiş etdirməyə çalışır
please wait

No media source currently available

0:00 0:13:39 0:00

İslam Respublikası keçən ildən bəri hicab qaydalarına nəzarəti gücləndirmək üçün daha aqressiv siyasətlər tətbiq etməyə başlayıb.

Hökumət ticarət obyektlərini müştərilərin qaydalara riayət etmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə örtünməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir və avtomobillərə həbs qoyur. Hökumət həmçinin vətəndaşlardan “Əmr bil-məruf” missiyasına uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Simin Səbrinin sözlərinə görə, “gedib birinin iş yerinə onun çörəyini kəsib dükanını bağlamaq, iş yerini möhürləmək bu deməkdir ki, dövlət bu dəfə ruhi böhranı millətin içinə vurur. Milləti bir-birinin qarşısına qoyur ki, məsələn mənim bərbər mağazam bağlandı və ya mənim paltar dükanım bağlandı çünki, sən oraya hicabsız girdin! Elə edirlər ki, sabah millət özü yazsın ki, məsələn bu mağazaya hicabsızların girməsi yasaqdır!”

O, əlavə edir ki, “bu siyasət, yəni milləti millətin əleyhinə, əslində milləti qadınların əleyhinə həmkarlığa dəvət etməkdir. Hökümət deyir ki, qadınların azadlıq tələbi məsələn geyim azadlığı, bilin ki, tüstüsü sizin də gözünüzə girər və siz gərək hökümətlə həmkarlıq edəsiz ki, durumu idarə edək. SMS xəbərdarlıq məsələsində də ailə üzvlərini bir-biri ilə qarşı-qarşıya qoyurlar. Maşınına həbs qoyulan şəxs dövlətə əli çatmazdır ki öz hirsini püskürsün. Gücü kimə çatar? Gücü məsələn həyat yoldaşına çatar ki, desin - sən hicabına riayət etmədiyin üçün belə oldu.”

Simin Səbri İslam Respublikasının iqtisadiyyat, eləcə də daxili və xarici siyasətdə qarşı-qarşıya olduğu böhranlara diqqət çəkərək hökümətin qadınlara zülm etməkdən başqa gücünü nümayiş etdirə biləcəyi bir sahə qalmadığını ifadə edir.

Onun sözlərinə görə, “daha böyük təsvirə baxsaq, İslam Cümhuriyyəti bir çox məsələ ilə əlaqədar, iqtisadiyyatdan tutmuş xarici siyasət, daxili siyasətə qədər, bu problemləri yığışdıra bilmir. Heç bir yerdə gücünü nümayiş etdirə bilmir. Çünki, o problemləri çözə bilmir. Amma, qadınlara göz dağı vermək və kor zorakılıq hökümətin əlində qalan tək alətdir. Onu da qadınlara qarşı tətbiq edir ki, mən varam və şəirət qanunlarını icra edirəm!”

Forum

XS
SM
MD
LG