Accessibility links

BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində Azərbaycanla bağlı alternativ dinləmələr keçiriləcək


Human Rights House Foundation
Human Rights House Foundation

Martın 15-də Cenevrədə 15 BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində “Azərbaycanda COP29 ərəfəsində təzyiq altında media və vətəndaş cəmiyyəti” adlı tədbir keçirəcək.

Tədbiri Norveç İnsan Hüquqları Evi Fondu təşkil edir.

Tədbirdə siyasi mühacirətdə olan azərbaycanlı jurnalistlər - Arzu Qeybulla, Leyla Mustafayeva və Norveç İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Keti Abaşidze çıxış edəcəklər.

Fondun məlumatında deyilir ki, Azərbaycanda ötən ilin noyabrında BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanla bağlı icmala baxıldıqdan sonra ölkədə müstəqil KİV-ə və vətəndaş cəmiyyətinə qarşı təzyiq güclənib. Xüsusən, jurnalistlər və fəallar həbs edilib.

“Son repressiyalar Azərbaycanda 235 siyasi məhbusun olduğu fonda baş verib. Sonuncu məhbuslardan biri, fəal, akademik və siyasətçi Qubad İbadoğlu tibbi yardımdan məhrum edilir və onun səhhəti ciddi şəkildə pisləşməkdə davam edir. Bu xüsusilə narahatedicidir.

Bu həm də Azərbaycanın noyabr ayında 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (Cop29) ev sahibliyi etməyə hazırlaşdığı vaxta təsadüf edir. Bütün bunlar Azərbaycanda insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində vəziyyətlə bağlı ciddi suallar doğurur", deyə İnsan Hüquqları Evi Fondu qeyd edir.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG