Accessibility links

ABŞ səfiri Azərbaycanda saxlanılan jurnalistlərin vəkilləri ilə görüşüb


ABŞ səfiri Mark Libbi və saxlanılan jurnalistlərin vəkilləri (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri Mark Libbi və saxlanılan jurnalistlərin vəkilləri (Mənbə: ABŞ səfirliyi)

ABŞ səfiri Mark Libbi martın 29-da Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə çağırır”, ABŞ səfirliyi bildirir.

Xatırladaq ki, Avropa Şurası Avropa məkanında (Rusiya və Belarus daxil deyil) ümumilikdə 55 jurnalistin həbsdə olduğunu və onların 16 nəfərinin Azərbaycanda olduğunu bildirib. Bu siyahıya Azərbaycanda Toplum TV-nin əməkdaşlarının və digərlərinin həbsləri daxil deyil.

Siyahıda aşağıdakı şəxslərin adları var: Ərşad İbrahimov (dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (Xural TV), Əziz Orucov (Kanal 13), Elnarə Qasımova (Abzas Media), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (azerinof.az saytı), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Osman Nərimanoğlu (Demokratik.az saytı), Polad Aslanov (xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Şamo Emin (Kanal 13).

Bununla yanaşı, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın martın 18-də açıqladığı siyasi məhbusların yeni siyahısında 288 nəfər siyasi məhbus kimi tanınıb.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG