Accessibility links

Bayden İranın hücumundan sonra İsrailə dəstəyini bir daha təsdiqləyib


ABŞ prezidenti Co Bayden şənbə günü İranın İsrailə qarşı kütləvi hava bombardmanını pisləyib və bildirib ki, ABŞ-ın regiondakı hərbi imkanları vasitəsilə Yaxın Şərqdə altı aydır davam edən münaqişənin genişlənməsi təhlükəsini artıraraq, bu ölkəni hədəf alan “demək olar ki, bütün yaxınlaşan dronlar və raketlərin” məhv edilməsinə kömək edildiyini bildirib.

Bayden həmçinin deyib ki, o, “Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək üçün” şənbə günü gecə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

ABŞ prezidenti həmçinin “İranın azğın hücumuna vahid diplomatik cavabı koordinasiya etmək” üçün Böyük Yeddilər (G7) liderlərini bir araya gətirəcəyini bildirib.

“Mənim komandam regiondakı tərəfdaşlar ilə qarşılıqlı əlaqədə olacaq. Və biz İsrail liderləri ilə sıx əlaqə saxlayacağıq” - deyə, Bayden açıqladığı bəyanatda bildirib. “Və bu gün qüvvələrimizə və ya obyektlərimizə hücum görməsək də, bütün təhdidlərə qarşı ayıq-sayıq qalacağıq və insanlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, ABŞ prezidenti bəyan edib.

Bayden şənbə günü səhər İranın İsrailə 200-ə yaxın raket və dron atmasından sonra təhlükəsizlik komandasının üzvlərinin toplantısına qatılmaq üçün Vaşinqtona qayıdıb.

Region üzərində ilk hədəflərin görünməsi və Qüds və İsrailin şimalında hava hücumu sirenlərinin səslənməsinin ardınca hücum ABŞ-ın müttəfiqləri və humanitar yardım rəsmiləri tərəfindən pislənib.

Bundan əvvəl İran rəsmiləri İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava hücumuna cavab verəcəklərini vəd etmişdilər.

Bayden şənbə günü axşam Ağ Evdə Situation Room adlanan otaqda özünün, Nazirlər Kabinetinin üzvlərinin və kəşfiyyat rəsmilərinin fotosunu sosial mediada yerləşdirib. O, X sosial media saytında yayımladığı mesajda bildirib: “İran və onun proksiləri tərəfindən gələn təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə öhdəliyimiz dəmir kimi möhkəmdir”.

ABŞ-ın müdafiə naziri Lloyd Austin Yaxın Şərqdəki ABŞ qüvvələrinin “İran, İraq, Suriya və Yəməndən İsrailə atılan onlarla raket və pilotsuz uçan aparatını ələ keçirildiyini” deyib.

“Qüvvələrimiz Amerika qüvvələrini və regiondakı tərəfdaşları qorumaq, İsrailin müdafiəsinə dəstək göstərməyə davam etmək və regional sabitliyi gücləndirmək üçün hazırdır”, Austin şənbə günü açıqladığı bəyanatda bildirib.

“Biz İranı proksi qüvvələri də daxil olmaqla, növbəti hücumları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq”, ABŞ Müdafiə Naziri bildirib.

“Biz İranla münaqişəyə can atmırıq, lakin qüvvələrimizi qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, Austin bəyanatında bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG