Accessibility links

Mərənd bələdiyyə başqanı həbs edilib


İranın Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində bələdiyyə başqanı, bələdiyyə başqanının müavini və bələdiyyənin bir neçə əməkdaşı nəzarət altına alınıb.

Bu barədə rəsmi dövlət agentliyi may ayının 7-də Mərənd şəhristanının ümumi və inqilab prokurorluğuna istinadən məlumat yayıb.

Mərənd prokuroru Yusuf Ziyamehrin açıqlamalarına görə, bələdiyyə başqanı və Mərənd bələdiyyəsinin bəzi çalışanları maliyyə ittihamları ilə əlaqədar saxlanılıblar.

Prokuror deyib ki, “Mərənd şəhərinin bələdiyyəsində baş verən maliyyə pozuntuları bir neçə ay öncədən təhlükəsizlik və kəşfiyyat qüvvələri tərəfindən izlənilirdi.”

“Mövzu ilə bağlı gərəkli məhkəmə qərarları lazımi sənədlər və dəlillərin toplanmasından sonra çıxırılıb. Həmin qərarlara uyğun olaraq, Mərənd bələdiyyə başqanı, onun müavini və bələdiyyənin bir neçə çalışanı daxil olmaqla 10 şəxs nəzarət altına alınaraq həbsxanaya göndərilib,” Yusuf Ziyamehrin bildirib.

Saxlanılan şəxslərin rüşvət, korrupsiya, dövlət mülkiyyətinə zərər vermək və dövlət tenderlərində müdaxilə etmək kimi ittihamlar ilə üzləşdiyi bildirilir. Bir neçə mülki vətəndaşın isə həmin ittihamlarda iştirak səbəbilə saxlanıldığı bildirilib.

Forum

XS
SM
MD
LG