Accessibility links

Təbriz, Urmiyə və Zəncanda 10 nəfər edam edilib


Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz
Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz

Son günlərdə İran Azərbaycanının 3 şəhərində ümumilikdə 10 məhbusun edam cəzası icra edilib.

Bu barədə İnsan Haqları Təşkilatı (İHR) məlumat yayıb.

Aprelin 28-i Zəncan Mərkəzi Həbsxanasında narkotiklə bağlı ittihamlarla edama məhkum edilən Söhrab Rəfiiyan və Mürtəza Əzimi məhbus asılıb.

Mayın 2-də qəsdən adam öldürmə və Narkotik ittihamlardan təqsirli bilinən və edam cəzasına məhkum edilmiş ən azı 4 məhbus Təbriz Mərkəzi Həbsxanasında edam edilib.

Mayın 7-də Qərbi Azərbaycan vilayətinin mərkəzində yerləşən Urmiyə Mərkəzi Həbsxanasında narkotik ittihamından təqsirli bilinən Həsən Mühərririn edam hökmü icra edilib.

Mayın 9-da eyni ittihamla bağlı ayrı-ayrı işlərdə edam cəzasına məhkum edilmiş Həsən Çupani, Abdullah Həsənzadə Yengəcə və Həsən Ərəbi Ənbi adlı 3 məhbusun edamı həyata keçirilib.

Mərkəzi Norveçdə yerləşən hüquq müdafiə təşkilatı İHR bildirir ki, son 4 ildə narkotik qaçaqmalçılıq ittihamından məhkum edilən şəxslərə verilən ölüm hökmlərinin sayında kəskin artım olub.

Forum

XS
SM
MD
LG