Accessibility links

Antoni Blinken Avropa İttifaqı vətəndaşlarını Avropa Günü münasibətilə təbrik edib


ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı Avropa İttifaqı vətəndaşlarını Avropa Günü münasibətilə təbrik edib.

Dövlət Departamentinin yaydığı bəyanatda deyilir: “74 il əvvəl Fransanın xarici işlər naziri Robert Şuman Avropa xalqları üçün daha firavan gələcək qura biləcək millətlər birliyi haqqında öz nöqteyi-nəzərini bölüşdü. Bu ideya Avropa Kömür və Polad Birliyinin yaradılmasına gətirib çıxardı və bu, Maastrixt Müqaviləsi ilə nəticələndi və Şumanın bütün Avropada daha sıx əməkdaşlıq, yaradıcı düşüncə və davamlı birlik ideyasını həyata keçirdi."

Blinken ABŞ-Avropa tərəfdaşlığının Ukraynaya Rusiyanın təcavüzündən müdafiəsinə kömək etməkdə əhəmiyyətini vurğulayıb: "Biz Ukrayna xalqının yanındayıq və Rusiyandan təcavüzünə görə cavabdehlik tələb edirik", Blinken bildirib.

“Biz NATO-nun 75-ci ildönümünü qeyd etmək və alyansımızın gələcəyini formalaşdırmaqda Avropa müttəfiqləri və tərəfdaşlarına qoşulmaqdan şərəf duyuruq” - deyə, Blinken qeyd edib.

O, ABŞ-ın ortaq demokratik dəyərlərə və iqtisadi rifaha sadiqliyini vurğulayaraq, “transatlantik əlaqələrin bu gün həmişəkindən daha güclü olduğunu” vurğulayıb.

Forum

XS
SM
MD
LG