Accessibility links

Süni zəka ABŞ prezident seçkilərində siyasi kampaniyalar üçün vacib alətə çevrilib


Süni zəka ABŞ prezident seçkilərində siyasi kampaniyalar üçün vacib alətə çevrilib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

2024-cü il ABŞ prezident seçkiləri kampaniyalarında namizədlər Co Bayden və Donald Tramp seçicilərin cəlb etmək üçün süni zəkadan istifadə edir.

Mesajlarını seçicilərə çatdırmaqda iqtisadi cəhətdən ən sərfəli yol axtaran siyasi kampaniyalar üçün generativ süni zəka siyasətdə ən böyük dəyişikliklərdən biridir.

Skot Babva Brennen, Şimali Karolina Universiteti: “Modellərin yaxşılaşması sürətli gedir. Belə hiss olunur ki, hər həftə öncəkindən daha yaxşı yeni bir model oraya çıxır.”

Siyasi strateq Betsi Huver deyir ki, bu modellər ölkə və yerli səviyyədə siyasi kampaniyalar aparanlar üçün güclü bir alətdir.

Betsi Huver, Higher Ground Labs təsisçisi: “Rəqəmsal işləri görən heyəti olmayan bir seçki kampaniyasını təsəvvür edin. Onların rəqəmsal məzmun hazırlayan proqramı yoxdur. Amma generativ süni zəka, onlara imkan verir ki, bu cür məzmun yarada bilsinlər. Ya da ki, çox yaxşı maliyyələşmiş vəzifəliyə qarşı rəqabət aparan namizədi təsəvvür edin. Süni zəka siyasi kampaniyalarda mühüm rol oynayır.”

Huverin şirkəti Demokratlar Partiyası və sola meylli təşəbbüslər üçün texnologiyaların hazırlanmasına sərmayə qoyur. O deyir ki, siyasətə maşın öyrə nməsinin tətbiqinin uğuru, bunu düzgün etməkdən asılıdır.

Betsi Huver, Higher Ground Labs təsisçisi: “Mən Respublikaçı siyasi kampaniyaların standartları nədir deyə bilmərəm, amma bilirən ki, demokratların yeni texnologiyaların istifadə edilməsində yüksək standartları mövcuddur. Mən ona görə də süni zəkanın qeyri-etik və ya məsuliyyətsiz istifadəsindən narahat deyiləm.”

2016-cı ildə Trampın seçki kampaniyası Britaniyanın Cambridge Analytica şirkəti ilə rəqabətli ştatlarda seçiciləri fərdi şəkildə hədəfləyən presedenti olmayan siyasi media reklamlarından istifadə etmişdi.

Brad Parsail həmin seçki kampaniyasında data və rəqəmsal əməliyyatlara cavabdeh aparıcı müşavir idi.

Onun şirkəti olan Campaign Nucleus Trampın 2024 seçkiləri vebsəhifəsini idarə edir.

Parsail bu ilin əvvəli mühafizəkar FreedomFest qurultayında deyib ki, süni zəka seçiciləri təhlil edərək, kütləvi mesajlar və elektron məktublar reklamları hazırlaya və qiyabi bülletenləri toplamaq üçün ödənişli heyət göndərə bilər.

Brad Parsail, Campaign Nucleus: “Bir neçə il ərzində siz bunları telefonunuzla idarə edə biləcəksiniz. Süni zəka ilə çalışan prez-reliz maşını, siyasi kampaniyanın elektron məktubları, fandreyzinq texnologiyası. Hər biri sizin telefonunuzda. Hər biri sizin üçün hazırlanış olacaq.”

Bu yalnız siyasi kampaniyalara aid deyil. Amerika Mətbuat İnstitutu və Associated Press tərəfindən keçirilən sorğuya əsasən, seçicilər siyasi kampaniya dövründə xəbər qurumlarının məqalələr yazılmasında süni zəkadan istifadə edəcəyindən narahatdır.

Forum

XS
SM
MD
LG