Accessibility links

Ermənistan və Rusiya liderlərinin Rusiya hərbçilərinin Ermənistanın bəzi məntəqələrindən çıxarılması barədə razılığa gəldiyi bildirilir


Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Rusiya Prezidentinin rəsmi internet saytı)
Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Rusiya Prezidentinin rəsmi internet saytı)

Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bəzi rayonlarından çıxarmaq barədə razılığa gəliblər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti agentliyinə bildirib.

“Həqiqətən də şərtlərin dəyişməsinə görə Paşinyan və Putin bu məsələdə razılığa gəliblər” - deyə o bildirib və Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalacağına aydınlıq gətirib.

30 sentyabr 1992-ci il tarixli razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizə idarəsi erməni tərəfdaşları ilə Türkiyə və İranla sərhəd mühafizə xidmətini həyata keçirir.

Öz növbəsində İnterfax agentliyi Ermənistan Milli Assambleyasının (parlament) “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryana istinadən yazıb ki, əldə olunan razılaşmaya əsasən Rusiya hərbçiləri Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik və Ararat bölgələrində yerləşən sərhəd və hərbi keçid məntəqələrini tərk edərək geri çəkiləcək.

“Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırmaq qərarı da ən yüksək səviyyədə təsdiqlənib”, Konjorian əlavə edib.

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimit Putin mayın 9-da Moskvada görüş keçirib. Görüşdə iqtisadi-ticarət əlaqələri və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri müzakirə edilib.

Forum

XS
SM
MD
LG