Accessibility links

Sadiq İsabəyli: İran toplumu İslam Cümhuriyyəyinin dini dəyər adlandırdığı ideoloji baxışını sorğulayır


Sadiq İsabəyli
Sadiq İsabəyli

İranda məcburi hicab qaydaları hər keçən gün daha repressiv və mürəkkəb xarakter almağa davam edərkən, edam hökmlərinin tətbiqi də son illərin ən yüksək həddinə çatıb.

please wait

No media source currently available

0:00 0:15:28 0:00
Direct link

Amerikanın Səsinə danışan siyasi fəal Sadiq İsabəylinin dediklərinə görə, İran İslam Respublikası hakimiyyəti müxtəlif kəsimlərin məsələləri və tələblərinə məntiq və hüquq çərçivəsində cavab vermək yerinə bütün repressiv imkanlarından yararlanaraq toplumun müxtəlif qruplarına hücum edir.

“Hakimiyyət İslam Cümhuriyyəti adı altında formalaşdırdığı inanc və dini dəyərlər dediyi ideoloji baxışını ictimai həyatda, fərdi həyatda, məişət həyatında hamısında hər zaman hakim etməyə çalışır. Amma bu, artıq mümkün olmur. Maraqların toqquşması üzündən. Yəni, toplum və hakimiyyət arasındakı ideoloji baxış fərqi və bu əsasda da fərqli mövqelərin ortaya qoyulması səbəbindən bu mümkün olmur,” Sadiq İsabəyli deyib.

Siyasi fəalın sözlərinə görə, İranda xalq bir yandan ölkədə mövcud olan yoxsulluq və işsizlik, digər yandan isə hakimiyyət daxilindəki korrupsiya üzərindən İslam Respublikasının ədalət şüarını sorğulayır.

O deyir ki, “rejim də toplumun bütün kəsimlərinə, yəni artıq fərq etmir, qadın və baş örtüsü məsələsi olsun, yoxsa fəhlələr, müəllimlər, milli fəallar, qeyri-fars millətlərin mədəni-milli hüquqları, idman yarışlarında qadınların iştirakının təmin olunması ilə bağlı, istənilən mövzu ilə bağlı, bu rejim kütləyə məntiqli, hüquq çərçivəsində, qanun çərçivəsində, insan haqları çərçivəsində cavab vermək yerinə onların hamısına saldırır”.

Siyasi şərhçi İslam Respublikasının toplumun bütün kəsimlərinin məsələləri və tələblərini öz varlığına təhdid kimi gördüyünü vurğulayır:

“Rejim orada yaşayan bütün vətəndaşları kimliyindən, eləcə də ictimai, mədəni və siyasi baxışından asılı olmayaraq, hansı millətdən olmasından asılı olmayaraq, hamısını zati düşmən olaraq görür. Yəni, istənilən tələbi rejimə təhdid olaraq dəyərləndirir. Hər məsələyə təhlükəsizlik baxışı gətirilir, xarici dövlətlərin nüfuzu olaraq göstərilir və rejimin ideoloji mahiyyətini dəyişdirmə cəhdləri kimi dəyərləndirir. İttihamları da bu əsasda formalaşdırır”.

Sadiq İsabəyli əlavə edir ki, “hər şeyi öz varlığına təhdid görən rejim, təhdidləri aradan qaldırmaq üçün əlindəki bütün repressiv imkanlara əl atır. Bu repressiv imkanların başında da edam durur, həbslər, işgəncələr durur, küçələrdə qadınları döymələr durur. Amma, bu ki, bu rejim bu basqılar ilə qalib gələ bilər. Mən hesab edirəm ki, qalib gəlməyəcək.”

Forum

XS
SM
MD
LG