Accessibility links

Cəbhə xəttini genişləndirən Rusiya Ukraynanın şərqində irəlləyir


75 yaşlı Tetiana (mərkəzdə), Vovçansk qəsəbəsindən əri ilə birlikdə içərisində qaçdığı maşının yanında dayanıb. Onlar Rusiyanın son hücum əməliyyatından sonar Xarkiv vilayətinin evakuasiya nöqtəsinə çatdırılırlar. 12 may, 2024.
75 yaşlı Tetiana (mərkəzdə), Vovçansk qəsəbəsindən əri ilə birlikdə içərisində qaçdığı maşının yanında dayanıb. Onlar Rusiyanın son hücum əməliyyatından sonar Xarkiv vilayətinin evakuasiya nöqtəsinə çatdırılırlar. 12 may, 2024.

Ukraynanın şərq və şimal-şərq sərhədində şiddətli döyüşlər getdiyi bir zamanda Rusiya qüvvələri cümə günü Xarkiv bölgəsində yeni müharibə cəbhəsi açan sürpriz hücumun ardınca doqquz kəndi ələ keçirdiklərini iddia edirlər.

Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya bazar günü beş sərhədyanı ərazidə "22 hücum həyata keçirib", onlardan 14-ü hələ də davam edir. Bundan əlavə, Xarkivdə vəziyyət "mürəkkəbdir və dinamik şəkildə dəyişir".

Xarkiv regional qubernatoru Oleh Sınyehubov bazar ertəsi sosial şəbəkələrdə yazıb ki, son 24 saat ərzində "30-dan çox" şəhər və kənd "düşmənin artilleriya və minamyot hücumları nəticəsində vurulub", və ən azı doqquz nəfər yaralanıb.

Sınyehubovun sözlərinə görə, bəzi başqa ərazilər də Rusiya təyyarələri tərəfindən bombalanıb. Hücum başlayandan bəri bu ərazidəki evlərindən təxminən 6,000 insan çıxarılıb.

Müharibədən əvvəlki əhalisi 2,500 nəfər olan Vovçansk şəhərində hazırda cəmi 200-300 sakin qalıb. Sınyehubovun sözlərinə görə, atəş xəttində yerləşən qəsəbə bazar günü "kütləvi bombardmana" məruz qalıb.

Ukrayna ordusu bazar ertəsi bildirib ki, Rusiya ordusunun Xarkiv vilayətinin şimalındakı Lukyantsi kəndinə yaxınlaşma cəhdinin qarşısı alınıb. Burada rusların "sərhəd şəhəri Vovçanskda beş batalyona qədər əhəmiyyətli qüvvələr" yerləşdirdiyi və onların qismən uğur qazandığı qeyd olunur.

Xarkiv vilayətində "boz zona və cəbhə xətti genişlənir". Belə ki, Rusiya ordusu "onu qəsdən uzatmağa çalışır, yeni istiqamətlərdə kiçik qruplarda hücum edir," deyə Sınyehubov milli televiziyada bildirib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, Rusiya ordusu Ukraynanın Xarkiv vilayətinin dörd yaşayış məntəqəsi yaxınlığında - Vesele, Neskuçne, Vovçansk və Lıptsi yaxınlığında taktiki mövqeyini yaxşılaşdırıb.

Son iki gündə Moskva təxminən 106 kvadrat kilometr ərazi və ən azı yeddi kənd ələ keçirib. Onların əksəriyyətində artıq yerli əhali qalmayıb. Bu barədə "Telegram" mesajlaşma kanalında "DeepState" adlı açıq mənbədən istifadə edən monitorinq layihəsi məlumat verib.

Ukrayna ordusuna yaxın olan kanal bildirib ki, Rusiya qüvvələri Xarkivin cənub-şərqində yerləşən Donetskdə də döyüşlər gedərkən, Ukrayna ordusunu şimal-şərqdə saxlamağı hədəfləyir.

Ukrayna prezidenti Volodımyr Zelenski bazar günü xalqa video müraciətində Donetsk ərazisində döyüşlərin Xarkivdəkından "heç də az intensiv" olmadığını deyib. O, əlavə edib ki, Kreml Xarkivda ikinci aktiv cəbhə açmaqla Ukrayna qüvvələrinin imkanlarına tarıma çəkmək məqsədi güdür.

Forum

XS
SM
MD
LG