Accessibility links

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri mayın 16-da Cenevrədə görüşəcək


Sahibə Qafarova və Alen Simonyan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla birgə
Sahibə Qafarova və Alen Simonyan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla birgə

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da İsveçrənin Cenevrə şəhərində yenidən görüşəcəklər.

Ermənistan Parlamentinin mətbuat xidməti məlumatına görə, görüş parlament sədrlərinin altıncı Ümumdünya Konfransının hazırlıq komitəsinin mayın 15-18-də keçiriləcək iclası çərçivəsində baş tutacaq.

İki ölkənin parlament sədrləri bundan əvvəl ilk dəfə martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.

Rəsmi məlumata görə, həmin görüşdə aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələləri nəzərdən keçirilib.

Görüşə vasitəçilik edən Parlamentlərarası İttifaq müzakirələrin iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlament səviyyəsində əlavə töhfə kimi nəzərdə tutulduğunu bildirib.

“Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar”, Parlamentlərarası İttifaq qeyd edib.

Forum

XS
SM
MD
LG