Accessibility links

Əfqanıstanda Amerika həbsxanasından 4 nəfər dustaq qaçıb


Əfqan və ABŞ qüvvələri bü gün quru və havadan Amerikanın Əfqanıstandakı hərbi bazasından qaçan 4 məhbusun axtarışını aparır. Kabildən alınan xəbərlədə deyilir ki, onların 4-də Suriya, Səudiyyə Ərəbistanı, Küveyt və Liviyadan olan ərəblərdir. ABŞ hərbiçiləri məhbusları təhlükəli düşmən döyüşçülər adlandırır. Onların dediyinə görə, güclü mühafizə ediləb Baqram həbsxanasından indiyədək qaçmaq heç kimə nail olmamışdı. Bununla yanaşı bu gün Birləşmiş Ştatlar Əfqanısta 700 əsgərdən ibarət hərbi qüvvə göndərəcəyini elan etmişdir.
XS
SM
MD
LG