Accessibility links

Jurnalistin qohumlarının vəkili İran məhkəməsinə işə yenidən baxılması üçün müraciət etmişdir


Tehranın Evin həbsxanasında qətlə yetirilmiş İranlı-Kanadalı jurnalistin qohumlarının vəkili İran məhkəməsinə işə yenidən baxılması üçün müraciət etmişdir. Vəkil Abdol Satah Soltani Amerikanın Səsinin İran xidmətinə bildirib ki, məhkəmə dünən xanım Kazeminin ölümü ilə bağlı yeni istintaqın başlanması tələbi ilə qaldırılmış vəsatəti rədd edib. Amma hakim bu tələblə appelyasiya məhkəməsinə müraciət etməyi istisna etməyib. Qeyd edək ki, Zəhra Kazemi 2003-cü ildə İran polisinin nəzarəti altında olarkən vəfat edib. Onun ailə üzvləri deyirlər ki, xanım Kazemiyə öldürücü işgəncə verilib. Xanım Kazemni öldürməkdə şübhələnilən xüsusi xidmət agentini günahsız elan edən məhkəmə isə Kanadlı jurnalistin beyinə qan sızması nəticəsinə öldüyünü bəyan edib.
XS
SM
MD
LG