Accessibility links

Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə razılıq əldə edilməyib


Avropa Birliyinin nümayəndələri bir daha Türkiyənin quruma üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb isə Türkiyənin beynəlxalq aləm tərəfindən dəstəklənən Kiprin yunan hissəsinin rəsmən tanımayacağını elan etməsi olub. Birliyin Brüsseldə yığıncaq keçirən diplomatları arasında fikir ayrılıqları dərin olmasa da, razılığın yekun mətni təsdiq edilməmişdi. Xatırladaq ki, Kirp Avropa Birliyi nümayəndələrinin müzakirələrin istiqaməti barədə razılıq əldə etməsələr, gələn ay keçiriləcək danışıqlara mane olacağı barədə xəbərdarlıq vermişdi.
XS
SM
MD
LG