Accessibility links

İraqda referendum ərəfəsində 4 günlük ictimai tətil elan edilib.


İraqda Şənbə günü yeni konstitutsiya üzərində keçiriləcək referendum ərəfəsində 4 günlük ictimai tətil elan edilib. Səsvermə məntəqələri yaxınlığında yeni yoxlama postları və beton təhlükəsizlik baryerləri tikilmiş, axşam saat 6-dan səhər saat 6-yadək komendant satı tətbiq edilməyə başlanılıb. Sabahdan etibarın İraq xarici ölkələrlə sərhədləri bağlayacaq və ölkəyə heç bir maşın buraxılmayacaq. Qeyd edək ki, seçkilərdə 15 milyon yarım İraq vətəndaşı səs vermək hüququna malikdir. Bu arada baş verən zorakılıqlarda 2 polis və bir Amerika əsgəri həyatlarını itirmişlər.
XS
SM
MD
LG