Accessibility links

Fransada qiyamlar davam edir


Fransanın paytaxtı Paris ətraflarında baş qaldıran qiyamlar hüdudlarını aşmağa başlayıb. Belə ki, mühacirlərin sıx yaşadığı digər şəhərlərdə də zorakılara əl atıldığı bildirirlir. Bu gün Parisdə minlərlə insanın iştirakı ilə Şimali Afrika mənşəli mühacirlərin qiyamçılarının yatırılması tələbi ilə nümayiş keçirilib. Fransanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, dünən 900 maşın yandırılıb, 200-ə yaxın adam nəzarət altına alınıb. Fransada gecə zorakılıqları artıq bir həftədən artıqdır hökm sürür. Qeyd edək ki, Fransada bu qoyamları işsizlik və yoxsulluğa etiraz edən mühacirlər qaldırırb. Dünən axşam Fransanın baş naziri Dominik De Viyepin gənclərin nümayəndələri ilə görüşüb, sakitliyin bərqərar edilməsi yollarını müzakirə etmişdi.
XS
SM
MD
LG