Accessibility links

Azərbaycan parlament seçkiləri qarşısındadır


Azərbaycan seçiciləri gərgin siyasi atmosferdə sabah keçiriləcək parlament seçkilərində səs verəcəklər. Bu arada müxalifət hökumətin təqib kampaniyasını davam etdirdiyini, iqtidar isə dövlət çevrilişinə yol verməyəcəyini bəyan edir. Müxalifətdə olan Demokrat Partiyasının rəsmiləri bildirirlər ki, hökumət seçki kampaniyasının rəisi olan Fərəməz Cavadovu 12 günlüyə azadlıqdan məhrum etmiş, sonradan isə appelyasiya məhkəməsinin qərarı ilə cənab Cavadov azad olunmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası liderləri də kampaniya meneceri Qabil Məmmədrzayevin həbs edildiyini və sonradan buraxıldığını xəbər verirlər. Seçkilər ərəfəsində Əliyev hökuməti bir sıra nazirləri və yüksək rütbəli rəsmiləri ADP sədri Rəsul Quliyevlə birgə dövlət çevrilişi planlaşdırma ittihamı ilə həbs edib. Cənab Quliyev isə deyir ki, hökumət seçkiləri saxtalaşdırmağa çalışır. Qərb hökumətləri dəfələrlə seçkilərin ədalətli keçirilməsinə çağırıblar. Dövlət Departamenti sözçüsü Şon Makkormak dünən Azərbaycan hökumətini xalqın azad seçkilər vasitəsilə öz səsini izhar etməsinə imkan verməyə çağırmış və belə bir seçkilərin Azərbaycanın gələcəyi və Azərbaycan-ABŞ münasibətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
XS
SM
MD
LG