Accessibility links

Hindistandakı bomba partlayışında əli olmaqda şübhələnilən şəxs həbs edilib


Keçən ay Yeni Dehlidə azı 60 nəfərin ölümü, 200-dən çoxunun yaralanması ilə nəticələnən bomba partlayışında əli olmaqda şübhələnilən Tariq Əhməd Dar adlı şəxs Hindistan polisi tərəfindən həbs edilib. Polis nümayəndəsinin bildirdiyinə görə, həmin şəxsin Pakistanda fəaliyyət göstəçrən Ləşgəri Təibə militant qrupunun üzvü olduğuna inanılır. Polis nümayəndəsi deyib ki, cənab Dar cümə axşamı Hindistan Kəşmirinin Srinaqar şəhərində həbs edilib və rəsmi ittiham irəli sürülənə qədər bir neçə gün Yeni Dehlidə polis məntəqəsində saxlanılacaq. O, əlavə edib ki, onunla əlbir olan dörd nəfərin axtarışı davam edir.
XS
SM
MD
LG