Accessibility links

Qazaxıstanda seçkilər


Bu gün Qazaxıstanda keçirilən prezident seçkilərində cənab Nursultan Nazarbayevin yenidən 7 il müddətinə prezident seçiləcəyi gözlənilir. Mərkəzi seçki komsiyası bütün dairələrdə seçkilərin bitdiyini və qeydiyatda olan seçicilərin 68 faizinin seçkilərdə iştirak etdiyini bildirib.

Prezident Nazarbayev seçki kampaniyasında ölkəsinin sabitliyə ehtiyac olduğunu bildirərək bu istiqamətdə bütün xalqın rifahının yaxşılaşdırması yönümündə çalışacağına vəd verib. Onun bu çağırışı bir çox seçicinin diqqət mərkəzində idi. Gənc bir qız seçici Amerikanın səsinin müxbirinə deyib ki, o, parlaq gələcəyə və sabitliyə səs verir. Başqa bir seçici isə söyləyib ki, seçkilərdə saxtakarlıq baş verməyəcək və müxalifətin bu seçkilərin nəticələrinə etiraz etməyə də səbəbi olmayacaq. Digər bir seçici isə deyib ki, o, Qazaxısytanın demokratiyaya ehtiyacı olduğu fikrilə razılaşdığına görə, müxalifətin namizədi Jarmaxan Tuyakbaya səs verəcək. Qazaxıstan evimizdir. Biz ölkəmizdə dəyişikliklər etmək üçün mübarizə aparmalıyıq. Qazaxıstan yalnız demokratik islahatların həyata keçirilməsi yolu ilə iqtisadiyyatını inkişaf etdirə bilər. Cənab Tuyakbay deyib ki, müxalifət etiraz üçün küçələrə çıxmazdan əvvəl dinc yolla başqa vasitələrdən istifadə etməlidir.

Prezident Nazarbayev bu gün paytaxt Astanada səs verərkən deyib ki, o, bu seçkilərin əvvəlki seçkilərdən daha demokrtatrik olduğuna inanır. O, əlavə edib ki, Qazaxıstanın Ukrayna ya da Gürcüstanda baş veərn inqilablara immuniteti var. Belə ki, onun ölkəsi Qərb sayağı demokratiyaya hazır deyil. Cənab Nazarbayev seçkilərin ilkin nəticələri elan edildikdən sonra, bazar ertəsi tərəfdarları ilə bir araya gəlməyi planlaşdırır.

XS
SM
MD
LG