Accessibility links

ABŞ Iranla əməkdaşlıq edən xarici şirkətlərə qarşı sanksiyalar tətbiq edib


Dünən Buş administrasiyası kütləvi qırğın silahları üçün istifadə edilə bilən ləvazımatı İrana satan 9 xarici şirkətə qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatların sanksiyaları Çinin Norinko adı ilə tanınan və raket ixrac edən zavodu daxil olmaqla altı şirkətinə, Hindistanın iki kimyəvi zavoduna və Avstriyanın bir silah zavoduna tətbiq edilib. Dövlət Departamenti bildirir ki, sanksiyalar doqquz şirkətə qarşı bir il müddətinə tətbiq edilib və dekabrın 23-dən bəri qüvvədədir. Dövlət Departamentinin nümayəndəsi Adam Ereli müxbirlərə deyib ki, dəqiqləşdirilmiş məlumata əsasən bu 9 şirkət İrana ləvazımat və ya texnologiya nəql edib. O, şirkətlərə tətbiq edilən sanksiyaları müdafiə edərək deyib: "Bu tədbir Amerika ilə sövdələşməyən şirkətlər üçün simvolik xarakter daşıyır. Biz bu şirkətlərin adını açıqlamaqla onlara öz hökumətlərinin və beynəlxalq ictimaiyyətin nəzər diqqətini cəlb etmək istəyirik."

Qeyd edək ki, Birləşmiş Ştatlar İranın nüvə silahları istehsalının qarşısını almaq məqsədilə 2000-ci ildən bəri 40 şirkətə sanksiyalar tətbiq edib. Çin hökuməti özünün 6 şirkətinə qarşı tətbiq edilən sanksiyaları qəzəblə qarşılayıb. Çinin Xarici İşlər Nazirliyi sanksiyaları pisləyərək, Birləşmiş Ştastları onları dərhal ləğv etməyə çağırıb.

XS
SM
MD
LG