Accessibility links

Iran pul ehtiyatlarını Avropa banklarından Asiyaya köçürmək planı olmadığını deyir


İran rəsmiləri indi bəyan edirlər ki, İslam respublikası özünün pul ehtiyatlarını Avropa banklarından çıxarmağa başlamayıb. Cümə günü İran Mərkəzi Bankının direktoru bildirmişdi ki, İran vəsaitləri Avropadan Asiyaya transfer edir. O, bu açıqlamanı Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bildirdikdən sonra vermişdi. Mərkəzi Bankın sədr müavini indi İranın Asiyaya vəsait köçürməklə bağlı planı olmadığını deyir.
XS
SM
MD
LG