Accessibility links

Azyağlı pəhrizin xəstəliklərlə əlaqəsi yoxdur


Son tibbi araşdırmalardan məlum olub ki, azyağlı pəhrizlə ürək-damar xəstəlikləri, habelə qadınlarda döş və uşaqlıq xərçəngi arasında heç, bir əlaqə yoxdur. Pəhrizlə bağlı ən böyük araşdırma hesab edilən bu tədqiqat artıq çəkili və kök qadınlar üzərində aparılıb. 10 il sürən araşdırmalar zamanı onların 60%-nə istədiklərini yemək, qalanlarına isə az yağlı pəhriz saxlamaq məsləhət görülmüşdü. Alimlərin yağların ürək və xərçəng xəstəliklərinə yol açdığına dair fikirləri əsassız olmuşdur. Araşdırmalar göstərib ki, pəhriz bu xəstəliklər riskini çox cüzi şəkildə azaldır. Hazırda belə bir fikir formalaşıb ki, yağlar bəlkə də sağlamlıq üçün çəki və idmanla müqayisədə bir o qədər də əhəmiyyət kəsb etmir.
XS
SM
MD
LG